Icma.az
close
up
RU
Azərbaycana qarşı hibrid hücumların pərdəarxası ŞOK FAKTLAR

Azərbaycana qarşı hibrid hücumların pərdəarxası ŞOK FAKTLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

COP29 ərəfəsində və tədbirin keçirildiyi zaman, hətta tədbirdən sonra da Azərbaycana qarşı hibrid hücumların bütün üsullarından istifadə halları baş verdi. 2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinə qərarı verildiyi gündən ölkəmizə qarşı informasiya əməliyyatları kəskin hal aldı. Halbuki  tədbir BMT-nin, müzakirə ediləcək məsələ isə bütün dünyanın problemi idi. Bu baxımdan Azərbaycana qarşı hibrid hücumlar, həm də qlobal iqlim problemlərinin müzakirəsinə və həll yollarının tapılmasına çətinlik yaradırdı.
Azərbaycana qarşı qarayaxma kampaniyası aparan qüvvələr üçünsə qobal iqlim məsələsi o qədər də maraqlı görünmürdü, çünki məqsəd öz maraqlarının təmin edilməsi idi. 
Milli Məclisin hazırladığı “COP29-a qarşı hibrid hücumlar: Cəmiyyətimiz hibrid təhdidlərin qurbanı olmamalıdır!” adlı xüsusi hesabat Azərbaycana qarşı aparılan kampaniyaların məqsədi, iştirakçıları və sifarişçiləri detallı şəkildə ortaya çıxarır. (https://meclis.gov.az/documents/Hesabat-COP29-a%20garsh%C4%B1%20hibrid%20hucumlar.pdf).
Hibrid hücumların arxasında konkret ölkələrin və maraq qrupunun dayandığı bəllidir. Bu qüvvələr məhz hibrid üsullardan istifadə etməklə gizlənməyə çalışırdı. Lakin araşdırmalarda hər şey məlum olub.
Misal üçün, sosial şəbəkələrdə #COP29 həştəqi ilə saxta məlumatlar və manipulyasiya xarakterli informasiyalar tirajlanırdı. Eyni zamanda, bot hesablardan hücumlar edilirdi. Bununla yanaşı, “Lawfare” üsulundan geniş istifadə olunub. Hüquq və müharibə terminlərinin kombinasiyasından meydana gələn “Lawfare” hüquqi vasitələrdən və qanuni institutlardan digərlərinə qarşı “silah” kimi istifadəni özündə ehtiva edən hibrid təhdid növüdür.
Başda ABŞ olmaqla, bir sıra Avropa ölkələri hibrid hücumlarının əsas təşkilatçısı və sifarişçiləri idi. Eyni zamanda, Qərbdə erməni diasporu və lobbisi xüsusi aktivliyi ilə seçilirdi. ABŞ Konqresində Azərbaycana qarşı çıxışlar və qəbul edilən qətnamələr də bundan qaynaqlanırdı.

Burada ABŞ Konqresinin xarici əlaqələr komitəsinin keçmiş rəhbəri Bob Menendesin adını çəkə bilərik. Erməni əsilli Nadin Arslyanla evli olan Menendesin bütün siyasi karyerası Azərbaycana qarşı hücumlardan ibarətdir. COP29 tədbiri zamanı da o, bu prosesə rəhbərlik edirdi. 

ABŞ-da 60-a yaxın konqresmen və senatorun Azərbaycana qarşı qəbul etdiyi qərarın da arxasında erməni diasporu və lobbisi dayanırdı. Müraciətin təşəbbüskarlarından olan Frank Pallone Konqresdə “Erməni məsələləri üzrə qrupun” həmsədridir. Ötən il Qarabağda separatçılara qarşı anti-terror tədbirləri keçirilməsindən sonra “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını hazırlayıb. Pollene 2017-ci ildə Qarabağa qanunsuz səfərinə görə Azərbaycanın “qaraya siyahı”sına salınıb.
Digər həmmüəllif isə Edvard Marki erməni lobbisinin fəallarındandır. COP29-dan öncə Bostonda erməni icması ilə görüşən Marki Azərbaycana qarşı təzyiq kampaniyasını müzakirə etmişdi.

Analoji addımlar Avropada da atıldı. Oktyabrın 1-də Avropa Şurasının Parlament Assambleyasında “Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin, qanunun aliliyinin və demokratiyanın pisləşməsi” adı altında keçirilən müzakirələr, Avropa Parlamentinin qəbul etdiyi qərarlar, eləcə Niderland, İsveç kimi ölkələrin parlamentlərində səslənən anti-Azərbaycan çağırışları və Fransanın Bakıya qarşı total hücumları eyni planın tərkib hissəsi idi. 
COP29 üzərindən Azərbaycana qarşı edilən hibrid hücumların hamısı eyni hədəf ətrafında birləşdirilirdi.
- Ermənilərin maraqlarının müdafiə edilməsi
- Ermənilərin Qarabağa istədikləri şərtlər altında qayıtması, yəni separatizmin yenidən alovlandırılması
- Bakıda həbsdə olan hərbi cinayətkarların – Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin azad edilməsi
- İnsan haqları, media azadlığı tələbi altında Qərbin Azərbaycandakı şəbəkəsinin qorunması və s.
“Freedom House”, “Human Rights Watch” kimi ermənipərəst mövqeyi ilə tanınan təşkilatlar da bu kampaniyanın aktiv iştirakçıları idi.
Göründüyü kimi, Azərbaycana qarşı hibrid hücumların məqsədi nə insan haqları, nə qlobal iqlim problemləridir, hədəf erməni maraqlarının qorunması, rəsmi Bakını Ermənistanın xeyrinə geri çəkilməyə məcbur etmək olub. Lakin bütün cəhdlər, qarayaxma kampaniyaları və hibrid hücumlar nəticəsiz qaldı.
Vaqif Hüseynli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri