Icma.az
close
up
RU
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmədə barışıq təklif olunub

Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmədə barışıq təklif olunub

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə ekspertiza rəyinin nəticəsi elan olunub.

Qeyd olunub ki, göndərilən videolardan birinin keyfiyyətinin yaxşılaşdırılması mümkün olmayıb. Digərinin keyfiyyətinin yaxşılaşdırılması münkün olub və həmin videoya baxış keçirilib.

Zərəçəkən tərəfin vəkilləri çıxış edərək hazırkı ekspertiza rəyinin öncəki rəylə eyni olduğunu bildirib və istintaqın yekunlaşmasını xahiş ediblər. Onlar prosesin çox uzandığını və zərərçəkənin ailəsinin bundan narazı olduğunu da əlavə ediblər.

Azər Maqsudovun vəkili vəsatət qaldıraraq ədalətli məhkəmə prosesinin təmin edilməsi məqsədilə rəyi hazırlayan ekspertlər Lətif Əliyev və Təhmasib Bağırovun məhkəmədə dindirilməsini xahiş edib.

Zərərçəkən tərəf vəsatətə etiraz edib.

Azər Maqsudov vəsatətin təmin edilməsini xahiş edib: "Mən vəkilimlə razıyam. Hər iki tərəfi də başa düşürəm ki, proses çox uzanıb. Buna görə mən də, ailəm də stress içindəyik. Özüm də insult keçirmişəm, səhhətim yaxşı deyil. Hətta istəyərdim barışıq olsun. Bunun üçün addım da atmışıq, lakin alınmayıb. Həmin qəza ehtiyatsızlıqdan baş verib və mən onu xəstəxanaya çatdırmağa çalışmışam. Bütün yas mərasimlərində də 10-15 ağsaqqalımız iştirak edib".

Zərərçəkənin vəkili barışıq üçün real addımın atılmadığını bildirib: "Barışıq üçün zərərçəkənin dəfn xərcləri, övladının xaricdə təhsil xərci, ailəsinin yasda iştirakı üçün Türkiyədən bura gələrkən ödədiyi məbləğlərin çeklərini və digər ödənişlərin siyahısını Azər MaqsudovA və vəkillərinə təklif etdik. Lakin, qiymətlə bağlı razılaşa bilmədik. Bildiyimizə görə, Azər Maqsudov qəza zamanı idarə etdiyi avtomobili satıb və onun bazar qiyməti də yüksəkdir. Yəni imkanı olmadığını deyə bilməz. Biz də barışıq üçün təklifə hazırıq. Amma real hərəkət görmürük. Çünki Azər Maqsudov kimi tanınmış ziyalının həbs edilməsi vətənimiz üçün itki olacaq. Bir ziyalımızı qəzada itirmişik, digərinin də həbsə girməsini istəmirik".

Barışıq üçün danışıqların aparılması məqsədilə məhkəmənin təxirə salınması təklif edilib.

Proses avqustun 28-dək təxirə salınıb.

Bildirilib ki, vəkil tərəfindən verilmiş vəsatətə danışıqların nəticəsindən sonra baxılacaq.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri