Icma.az
close
up
RU
Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib

Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq artisti, professor Azər Rzayevin anadan olmasının 95 illiyinə həsr olunmuş kamera musiqisi konserti keçirilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə görkəmli bəstəkar Azər Rzayevin geniş yaradıcılığından söhbət açıb.

Firəngiz Əlizadə xüsusi olaraq onun da müəllimi olan Azər Rzayevin yaradıcılıq irsinin vacib tərəflərini vurğulayıb. O, qeyd edib ki, Azər Rzayev yaradıcılığında ifaçılıq, pedaqoji və musiqi-ictimai fəaliyyətləri böyük ustalıqla birləşdirmişdir. Azər Rzayev uzun illər televiziya məkanında maraqlı maarifləndirici musiqi verilişlərin aparıcısı olub, Opera və Balet Teatrına rəhbərlik edib, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olub. Sevindirici haldır ki, Azər Rzayevin əsərləri musiqi məktəblərinin tədris proqramına daxil edilib.

Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Azər Rzayevin yaradıcılığına bir nəzər” mövzusunda ətraflı çıxış edib.

Tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli Konservatoriyanın müəllimi, dosent Leyla Quliyeva babası, görkəmli bəstəkar Azər Rzayevlə bağlı xatirələrini bölüşüb.

Konsert proqramı ilə davam edən tədbirdə Azər Rzayevin əsərləri səslənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri