Icma.az
close
up
RU
Gəncədə görkəmli şərqşünas alimin anadan olmasının 95 illiyi qeyd olunub

Gəncədə görkəmli şərqşünas alimin anadan olmasının 95 illiyi qeyd olunub

Icma.az bildirir, 525.az portalına istinadən.

AMEA-nın Gəncə Bölməsində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, Türkmənistanın Dövlət Mükafatı laureatı Qəzənfər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Qəzənfər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda  dəyirmi masa keçirilib.

525.az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar alimin Gəncə şəhərinin Fəxri xiyabanındakı məzarının ziyarət ediblər.

AMEA-nın Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbir Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev giriş sözündə iştirakçıları salamlayaraq, vurğulayıb ki, professor Qəzənfər Əliyevin elmi fəaliyyətinin əsas istiqamətini Nizami Gəncəvi irsinin və onun Şərq ədəbiyyatlarına təsirinin öyrənilməsi təşkil edib və bu baxımdan, o, dahi Azərbaycan şair və mütəfəkkiri Nizaminin irsinin çoxşaxəli tədqiqində özünəməxsus elmi məktəb yaradıb.

Akademik Fuad Əliyev qeyd edib ki, alimin "Nizaminin mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında" adlı son kitabında XIII-XX əsrlərdə Nizami mövzularında müxtəlif dillərdə yazılmış 600-dən çox əsər və onların müəllifləri barədə məlumatlar toplanıb.

Sonra tədqiqatçılar “Qəzənfər Əliyevin həyatı və yaradıcılığı”, “Alimin tədqiqatlarında Nizami Gəncəvi və Şərq mövzusu”, “Professor Q. Əliyevin Nizami mövzu və süjetləri  Şərq xalqları ədəbiyyatında” monoqrafiyası haqqında”, “Böyük alim, sadə insan” və digər mövzularda çıxış ediblər.

Çıxışlarda alimin həyat yolu və elmi fəaliyyətinə bir daha nəzər salınıb.

Bildirilib ki, Qəzənfər Əliyev 1930-cu il may ayının 15-də Gəncə şəhərində doğulub Bakıda ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsində oxuyub (1948-1953), sonra Moskvada keçmiş SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub. Orada məşhur şərqşünas alim, SSRİ EA-nın müxbir üzvü Yevgeni Bertelsin rəhbərliyi altında "Nizami Gəncəvinin "Xosrov və Şirin" və Əmir Xosrov Dəhləvinin "Şirin və Xosrov" poemalarının müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. SSRİ EA Şərqşünaslıq İnstitutunda çalışıb.

1974-cü ildə "Farsdilli ədəbiyyatın təşəkkülü problemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının üzvü olub.

Q. Əliyev Əfqanıstana (1959-1962), İrana (1963-1965), Almaniyaya (1977, 1979), Çexoslovakiyaya (1980) uzunmüddətli elmi ezamiyyətlərində Azərbaycan xalqının mədəniyyət və ədəbiyyatına dair məruzələr edib. Onun Şərq xalqları ədəbiyyatına həsr olunmuş müxtəlif mövzulu 160-dan çox elmi məqaləsi Azərbaycanda, eləcə də xaricdə, rus, Azərbaycan, özbək, türkmən, tacik, ingilis, alman, fars, çex və s. dillərdə nəşr olunmuşdur.

Nizami məktəbinin tədqiqi təbii olaraq, alimin diqqətini farsdilli ədəbiyyatda Nizamidən sonra ilk "Xəmsə" yazmış böyük hind şairi Əmir Xosrov Dəhləviyə və bütövlükdə Hindistanın farsdilli ədəbiyatına yönəltmişdir. Bunu nəticəsi kimi onun elmi yaradıcılığında başqa bir istiqaməti müəyyənləşdirən "Hindistanın farsdilli ədəbiyyatı" adlı monoqrafiyası meydana gəlmiş və müəllifinə böyük şöhrət qazandırmışdır. Dünya iranşünaslığı və hindologiyası tarixində ilk təcrübə olan bu kitab farsdilli ədəbiyyatın hind ədəbiyyatları içərisində müstəqil bir qol olduğunu elmi şəkildə sübuta yetirir.

1972-1979-cu illərdə Moskvada Əmir Xosrov Dəhləvi "Xəmsə"sinə daxil olan poemaların elmi-tənqidi mətnləri Qəzənfər Əliyevin bilavasitə iştirakı və redaktorluğu ilə çap olunmuş və Hindistanın özündə də yüksək qiymət almışdır. Bununla həm də bir mətnşünas olduğunu nümayiş etdirən alim geniş tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Əmir Xosrov Dəhləvinin "Həşt behişt" poeması və qəzəlləri ilə yanaşı, Baba Tahirin dübeytilərini, Əbülfeyz Feyzinin "Nəl və Dəmən" poemasını, Mirzə Əsədulla xan Qalibin şeirlərini və digər bədii nümunələri rus dilinə çevirmiş, onlara məzmunlu müqəddimələr və dəyərli şərhlər yazmışdır. Bundan əlavə, Azərbaycan atalar sözləri və təsnifləri də onun tərcüməsində rusdilli oxuculara çatdırılmışdır.

1969-cu ildə Aşqabadda çap olunmuş "Türkmən şairi Bayram xan" adlı kitabı alimin elmi kəşfi sayılır. Moğollar dövrünün görkəmli dövlət xadimi və sərkərdəsi Bayram xan Baharlının bədii irsini üzə çıxarıb tədqiq etməklə, Qəzənfər Əliyev əslində türkmən ədəbiyyatının tarixini azı iki əsr əvvəldən başlamağa imkan yaratmışdır. Elə buna görə də o, çoxcildlik "Türkmən ədəbiyyatı tarixi"nin müəlliflərindən biri olmuş və bütün bu xidmətləri müqabilində 1980-ci ildə Türkmənistanın Dövlət Mükafatına layiq görülmüşdür. Bundan başqa, Yevgeni Bertelsin beşcildlik "Seçilmiş əsərləri" Qəzənfər Əliyevin yaxından iştirakı ilə işıq üzü görmüşdür.

1981-ci ildə isə məşhur şərqşünas Aqafangel Krımskinin qırx il arxivdə yatıb qalan "Nizami və müasirləri" adlı çox qiymətli monoqrafiyası Q.Əliyevin ön sözü və redaktəsi (akademik Ziya Bünyadovla birlikdə) ilə Bakıda nəşr edilmişdir. Qəzənfər Əliyev həm də ikicildlik "Rusca-farsca lüğət"in tərtibçilərindən biri olmuşdur.

Professor Q. Əliyev 1984-cü ilin aprel ayında Bakı şəhərində vəfat etmiş, Gəncədəki Fəxri xiyabanda  dəfn olunmuşdur.

Dəyirmi masada qonaq kimi iştirak edən filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusifli də çıxış edərək, görkəmli alimlərimizin elmi irsinə həssas münasibətə görə AMEA-nın Gəncə Bölməsinə təşəkkürünü bildirib.

Yekunda akademik Fuad Əliyev iştirakçlara minnətdarlığını bildirib. O, həmçinin AMEA-nın Gəncə Bölməsində Həmid Araslı, Qəzənfər Əliyev, Rüstəm Əliyev,  Xəlil Yusifli və digər görkəmli alimlərimizin irsinə sadiqlik nümayiş etdirildiyini, buradakı Nizami Gəncəvi Mərkəzindəki tədqiqatlarla xüsusən nizamişünaslıq elmimizin inkişafına yeni töhfələr verildiyini qeyd edib.

Zakir Muradov, Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri