Icma.az
close
up
RU
Tanınmış botanik alim, nüfuzlu pedaqoq

Tanınmış botanik alim, nüfuzlu pedaqoq

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elşad Qurbanov – 75

Azərbaycanı qarış-qarış gəzib, təbii floranı mükəmməl öyrənən istedadlı florist alim Elşad Qurbanov şüurlu həyatını bu torpağın bitki yaddaşını elmi düşüncə ilə qorumağa həsr etmişdir. O, kabinet alimi deyil, dağların sərt yamaclarında, yarımsəhraların yandırıcı istisində, meşələrin rütubətli dərinliklərində, çay kənarları və Alp çəmənliklərində uzunmüddətli çöl tədqiqatları aparmış, Azərbaycan florasını canlı halda öyrənmişdir.

Doğma torpağının bitki yaddaşını elmi düşüncə ilə qoruyan alim anlayışı təkcə bir botaniki və ya floristi deyil, bütöv ekoloji şüurun daşıyıcısını ifadə edir. Tanınmış botanik alim, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanov üçün bitkilər, sadəcə, sistematik vahidlər, herbari nümunələri və ya statistik göstəricilər deyil, onlar torpağın yaddaşı, iqlimin dili, tarixən formalaşmış təbii mədəniyyətin canlı arxividir.

Elşad Qurbanov 1951-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə (Sisian) rayonunun Urud kəndində anadan olmuşdur. 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə Bakı 8 saylı tibb məktəbini və 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Ali təhsilli botanik 1984-cü ildə botanika ixtisası üzrə biologiya elmləri namizədi, 2004-cü ildə biologiya elmləri doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1982-ci ildə Bakı Dövlət Universitetində baş laborant kimi başlayan Elşad müəllim 1992-ci ildə universitetin botanika və bitki fiziologiyası kafedrasının müdiri vəzifəsinə qədər yüksəlmişdir.

Bir florist alim kimi Elşad Qurbanovun əsas gücü yalnız bitkiləri tanımaqda deyil, onların mənşəyini, yayılma yollarını, tarixi inkişafını və ekoloji uyğunlaşmalarını dərindən öyrənməsində, ciddi elmi təhlillər aparmasındadır. O, endemik və relikt növlərin areallarını dəqiqləşdirmiş, bir çox nadir bitkilərin sistematik mövqeyinə aydınlıq gətirmiş, floristik əlaqələri regional və qlobal kontekstdə izah etmişdir. Topladığı minlərlə herbari nümunəsi bu gün də Azərbaycan botanika elminin qızıl fondu hesab olunur.

Professor Elşad Qurbanov 500-ə yaxın elmi əsərin (200-dək xaricdə), 17 dərslik, dərs vəsaiti və monoqrafiyanın, 70-dən çox proqram və metodik göstərişin, 15 ekoloji-geobotaniki xəritənin, 16 müəlliflik şəhadətnaməsinin, 1 patentin müəllifi, 28 kitabın elmi redaktorudur. Onun rəhbərliyi altında 60-dan çox magistrant, 18 biologiya üzrə fəlsəfə və 3 elmlər doktoru hazırlanmışdır.

Bioloq alim ADPU-nun nəzdindəki Müdafiə Şurasının üzvü, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının botanika ixtisası üzrə Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir, BDU-nun biologiya fakültəsində botanika, mikologiya, mikrobiologiya və ətraf mühitin idarə edilməsi və bioloji monitorinq ixtisasları üzrə magistrantların Müdafiə Şurasının sədri, dekan və kafedra müdiri vəzifələrini tutmaq üçün yaradılmış seçki komissiyasının katibi, Böyük Elmi Şuranın üzvüdür, 2010-2014-cü illərdə Elmi Şuranın baş elmi katibi vəzifəsində çalışmışdır. Alim dəfələrlə beynəlxalq və yerli elmi konfrans, konqres və simpoziumlarda Azərbaycan elmini uğurla təmsil etmişdir.

Elşad Qurbanovun apardığı elmi-tədqiqat işlərinin mühüm nəticələri dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatlarına daxil edilmişdir. Alim 2016-cı ildə AMEA Biologiya və Tibb Elmləri Bölməsi Elmi Şurasının üzvü seçilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər üzrə Ekspert Şurasının sədr müavini olmuşdur, 2023-cü ildən isə sədridir. 2017-ci ildən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Elmi Şurasının üzvüdür.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının II və III nəşrlərinin hazırlanması üzrə redaksiya heyətinin üzvü və əsas tərtibçilərdən biri olmuş Elşad müəllimin fəaliyyətində bu milli nəşr, sadəcə, siyahı və status məsələsi deyil. Nadir və nəsli kəsilməkdə olan növlər onun gözündə statistik vahid yox, ekosistemin zəifləyən halqalarıdır.

İnsanlara fitoterapiya ilə müalicəni tövsiyə edən Elşad Qurbanov üçün əsas prinsip “təbiiliyin kor-koranə tətbiqi” deyil, elmi baxımdan əsaslandırılmış müalicədir. “Dərman bitkiləri” dərs vəsaitinin müəllifi olan Elşad müəllim uzun müddət Space TV-də canlı yayımlanan “Çarə” verilişinə dəvət olunmuş və tamaşaçılarla ünsiyyət quraraq fitoterapiya yolu ilə müalicə ilə bağlı fikirlərini onlarla bölüşmüşdür.

Professor Elşad Qurbanovun uzunmüddətli elmi-pedaqoji fəaliyyəti, formalaşdırdığı elmi məktəb və bu sahədə apardığı ardıcıl, sistematik tədqiqatlar Azərbaycan botanika elminin inkişafında mühüm mərhələ təşkil etmiş, bu sahənin elmi-nəzəri bazasının möhkəmləndirilməsi üçün etibarlı zəmin yaratmışdır. Çoxillik elmi fəaliyyətinin məntiqi davamı kimi, 2022-ci ildə professor Elşad Qurbanovun baş redaktorluğu ilə təsis edilən “Acta Botanica Caucasica” beynəlxalq elmi jurnalı qısa müddət ərzində elmi ictimaiyyətin diqqətini cəlb edərək nüfuzlu akademik platformaya çevrilmişdir.

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun tərtib etdiyi “Azərbaycanın bitki örtüyü xəritəsi” 30 ildən artıq bir müddətdə sistemləşdirilməmiş bitkilik tiplərinin müasir vəziyyətini nizamlı şəkildə tam əks etdirən mükəmməl və gərgin əməyin nəticəsidir. Elşad Məcnun oğlu Qurbanov elmi fəaliyyətdə əldə etdiyi uğurlara görə dəfələrlə “İlin alimi“, pedaqoji fəaliyyətinə görə “İlin müəllimi”, “İlin kafedra müdiri“ fəxri adlarını almış, Təhsil Nazirliyinin, AMEA-nın fəxri fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı ilə təltif olunmuşdur. Alim 2009-cu ildə “Tərəqqi” medalına, 2019-cu ildə “Əməkdar elm xadimi” fəxri adına və “BDU-nun 100 illiyi” yubiley medalına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Elşad Qurbanovun elmi-pedaqoji fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Avropa Nəşr Mətbuat Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu (2015), Beynəlxalq Qızıl Ulduz medalı (2019) ilə təltif olunmuş, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir (2021).

Tanınmış alim, yetirmələrinin və tələbələrinin “canlı ensiklopediya” adlandırdığı Elşad Məcnun oğlu Qurbanovun yeni ilin ilk günlərində 75 yaşı tamam oldu. Dəyərli həmkarımızı bu münasibətilə təbrik edir, ona uzun, sağlam və mənalı ömür, elmi və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıram.

İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri