Icma.az
close
up
RU
Tanınmış dilçi alim, professor Mahirə Hüseynova AMEA Naxçıvan Bölməsinin qonağı olub

Tanınmış dilçi alim, professor Mahirə Hüseynova AMEA Naxçıvan Bölməsinin qonağı olub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AMEA-nın Naxçıvan Bölməsində görkəmli dilçi alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüş keçirilib.

Bölmənin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev professor Mahirə Hüseynovanın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun elmi və pedaqoji fəaliyyətinin əsas istiqamətlərini diqqətə çatdırıb, xüsusilə müasir Azərbaycan dilçiliyinə verdiyi töhfələri vurğulayıb. O, həmçinin qeyd edib ki, Mahirə xanım elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində də fəallığı ilə seçilir; müəllifi olduğu bir sıra şeirlərə musiqi bəstələnib və bu əsərlər böyük sevgi ilə ifa olunur.

İsmayıl Hacıyev çıxışında professor Mahirə Hüseynovanın elmi araşdırmalarında Ulu Öndər Heydər Əliyev irsinin və Qərbi Azərbaycan mövzusunun xüsusi yer tutduğunu qeyd edib. Çıxışının sonunda akademik qonağa bölmə alimlərinin yeni nəşr olunmuş elmi əsərlərini hədiyyə edib, ona elmi və bədii yaradıcılığında yeni uğurlar arzulayıb.

Professor Mahirə Hüseynova çıxışında doğma torpaqda olmaqdan böyük qürur və məmnunluq duyduğunu bildirib, elmi fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib.

Görüş çərçivəsində professor Mahirə Hüseynova “Ümummilli lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda məruzə edib. Alim məruzəsində Ulu Öndərin fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması, tarixi torpaqlarımızın bərpası, elmin, təhsilin inkişafı və cənub mövzusunun əhəmiyyətindən, gənclərin xarici ölkələrdə ali təhsil almasına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Alimin Qərbi Azərbaycan mövzusunun tariximizdə və dövlətçilik tariximiz üçün önəmindən, soydaşlarımızın öz doğma ata-baba yurdundan deportasiya edilməsindən, toponimlərimizin məqsədli dəyişdirilməsindən danışıb, tarixi həqiqətlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işləri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıb.

Məruzə Ümummilli Liderin qaçqın və məcburi köçkünlərə qayğısı, türkologiya sahəsində gördüyü işləri də əhatə edib. Alimin fikirləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məruzənin sonunda Mahirə Hüseynova mövzu ilə bağlı qələmə aldığı şeirlərdən nümunələr səsləndirib, elmi tədqiqatlarının gələcək istiqamətləri ilə bağlı iştirakçıların suallarını cavablandırıb.

Daha sonra qonaq, müəllifi olduğu bir neçə kitabı akademik İsmayıl Hacıyevə hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri