Tanınmış ekspert həbsxanada vəfat etdi Cəzasının bitməsinə 6 ay qalmışdı
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin İnformasiya texnologiyaları departamentinin keçmiş müdiri, informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbsxanada vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
İ.Əliyev 54 yaşında cəza çəkdiyi həbsxanada dünyasını dəyişib. Onun ölümünə xəstəlik səbəb olub.
Qeyd edək ki, Əliyev İlqar İbrahim oğlu 1972-ci ildə Salyan rayonunun Arbatan kəndində anadan olub. Salyan şəhər 4 saylı orta məktəbini bitirib.
Azərbaycan Banklar Assosasiyasında ekspert kimi çalışıb.
İlqar Əliyev 2023- cü ildə satış məqsədi olmadan narkotik maddə əldə edib saxlama ittihamı ilə məhkum olunmuş və 4 il azadlıqdan məhrum edilmişdi. Daha sonra cəzası 2 ay əvvəl 4 ildən 3 ilə endirilmışdi. Həbsdən çıxmağına 6 ay qalmışdı.
Onun 4 azyaşlı övladı var.
Baxış sayı:130
Bu xəbər 01 May 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















