Icma.az
close
up
RU
Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

Tanınmış ginekoloqdan hamilələrə 12 FAYDALI MƏSLƏHƏT

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin.

Analıq hissi dünyanın heç bir hissi ilə müqayisə edilə bilməz və bu, Tanrının qadınlara bəxş etdiyi ən gözəl duyğudur. Amma bəzən hamiləlik zamanı edilən yanlış davranışlar onun pozulmasına və dölün tələf olmasına səbəb olur. Bəs bu arzuolunmaz  halların qarşısını almaq üçün nə etmək lazımdır?

Tanınmış azərbaycanlı ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun hamiləlik zamanı diqqət edilməsi vacib olan məqamlarla bağlı faydalı məsləhətlərini təqdim edirik.

1. Hamilə qadınlar vaxtlı-vaxtında qidalanmalıdırlar, əks halda bu, onların zəifləməsinə və mədə turşuluğunun artmasına səbəb ola bilər. Qida rasionuna yumurta, tərəvəz kimi məhsullar əlavə edilməlidir. Yeməklər arasında fasilə ən az gündə 3-5 dəfə yemək üçün uzun olmalıdır.

2. Fast-fud qidalardan uzaq durmalısınız. Çünki bu, çəki artımına və su balansınızın pozulmasına səbəb olur.

3. Kafein qəbulu azaldılmalıdır. Bu, düşüklərə və az çəkili uşaqların doğulmasına səbəb olur.

4. Yumşaq pendir, çiy ət, balıq və yumurta məhsullarından uzaq durmalısınız. Çünki onlar düşük, yenidoğulmuşun ölüm və ya ağır xəstəliklərinə səbəb olan zərərli bakteriyalarla zəngindirlər.

5. Həkimlər hamiləlik dövründə gündəlik maye qəbulunu 300 ml, südvermə dövründə isə 700 ml kimi artırmağı məsləhət görürlər.

6. Embrionun böyüməsini təmin etmək üçün hər gecə 10-11 saat yatmaq vacibdir.

7. Hamiləlik zamanı tromblaşma, varikoz venalar, ayaqlarda iltihabi proseslərin qarşısını almaq üçün idmanla məşğul olmaq lazımdır. İdman və yoqa məsləhətdir.

8. Ətrafda çəkilən siqaretlə nəfəs almaq belə, vaxtından qabaq doğuş, aşağı doğum çəkisi və yenidoğulmuşların qəfil ölümünə səbəb ola bilər.

9. Hamiləlikdə spirtli içkilərdən döldə anomaliyalar və beyin inkişafı pozğunluqlarına səbəb olduğu üçün qadağandır.

10. Həkim təyinatı olmadan öz-özünə müalicə döldə ciddi fəsadlar yarada bilər.

11.  Kompüter qarşısında uzun müddət oturduqda ana və körpənin sağlamlığı üçün 10-15 dəqiqə fasilə etmək lazımdır.

12. Təhlükəsizlik kəməri düzgün istifadə edildikdə hər hansı bir qəzanın qarşısını alır. Gözlənilməz qəzalardan qorunmaq üçün kəməri qarnın üstündən deyil, altından bağlamaq lazımdır.

Təhlükəsizlik kəməri bud sümüyü və döş qəfəsi üzərindən keçərək sıx bağlanmalıdır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri