Tanınmış güləşçilər azarkeşlərlə görüşdü Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bu gün Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığı, “Gənclik Mall” və “Go Sport”un dəstəyilə güləşin tanınmış simaları azarkeşlərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, “Gənclik Mall” ticarət mərkəzində təşkil edilən tədbirdə olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rasul Çunayev, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Həsrət Cəfərov, Avropa mükafatçısı, U23 dünya çempionu Jalə Əliyeva iştirak edib.
Onlar karyeralarında qazandıqları uğurlardan danışıb, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıblar.
Daha sonra sıra viktorinalara çatıb. Müxtəlif müsabiqələrin qalibləri mükafatlandırıldıqdan sonra imza mərasimi baş tutub. Güləş ulduzları imzalı şəkillərini azarkeşlərə paylayıb və onlarla xatirə şəkli çəkdirib.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 20 Mart 2026 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















