Icma.az
close
up
RU
Tanınmış ictimai xadim Həsən Həsənov Tbilisidə ilk təhsil aldığı məktəbdə olub

Tanınmış ictimai xadim Həsən Həsənov Tbilisidə ilk təhsil aldığı məktəbdə olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Tanınmış ictimai, dövlət və siyasi xadim Həsən Həsənov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda keçirilən tədbirində iştirak etmək üçün Tbilisiyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Tbilisidə Tisian Tabidze adına 43 nömrəli ictimai məktəbin kollektivi Həsən Həsənovu bu təhsil ocağının fəxri məzunu kimi xüsusi olaraq dəvət edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbdə görkəmli dövlət xadiminin 85 illiyinə həsr olunmuş görüş keçirilib.

Məktəbin direktoru Ekaterine Qaxariya Həsən Həsənovu müşayiət edərək sinif otaqları və kitabxana ilə tanış edib, tədris şəraiti barədə məlumat verib.

Akt zalında keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Təhsil və Elm Nazirliyinin Məktəbəqədər və ümumtəhsil müəssisələri departamentinin rəhbəri Lali Kalandadze, müəllim və şagird kollektivi iştirak edib.

Direktor E.Qaxariya Həsən Həsənovu məktəbdə salamlayaraq onun bu təhsil ocağının ən tanınmış və qürur duyulan məzunlarından biri olduğunu vurğulayıb. O, yubilyara məktəb adından təbrik açıqcası təqdim edib.

Həsən Həsənov çıxışında Gürcüstanın Təhsil və Elm Nazirliyinə, Azərbaycan səfirliyinə və məktəb rəhbərliyinə minnətdarlığını bildirib, məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşüb: “Tbilisidəki məktəb illəri həyatımın ən unudulmaz dövrüdür. İnsan kimi formalaşmağımda bu məktəbin rolu böyük olub. Bakıya dönəndən sonra Tbilisi ləhcəsi ilə danışırdım, mənə gülürdülər. Azərbaycanca danışanda isə gürcülərə xas “aba” sözünü işlədir, fərqinə varmırdım”.

Yubilyar məktəb direktoruna, Gürcüstan Təhsil və Elm Nazirliyinin nümayəndəsinə kəlağayı və milli suvenir, məktəbə isə müəllifi olduğu və ingilis dilində çap olunmuş “Qız qalası” kitabını hədiyyə edib.

Lali Kalandadze Gürcüstanın təhsil və elm naziri Givi Mikanadzenin adından Həsən Həsənovu 85 illik yubileyi münasibətilə təbrik edərək ona cansağlığı və yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Həsən Həsənov 1940-cı il oktyabrın 20-də Tbilisidə anadan olub. O, müxtəlif illərdə Azərbaycanın Baş naziri, xarici işlər naziri, BMT-də daimi nümayəndəsi və 2004-2021-ci illərdə Macarıstan və Polşadakı səfiri olub. 2022-ci ildə ona “Tbilisinin fəxri vətəndaşı” adı verilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri