Icma.az
close
up
RU
Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Dünyasını dəyişən yaxınlarınızın, doğmalarınızın qəbirlərini hər zaman ziyarət etmək savabdır. Çünki Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) buyurub: “Ölülərinizi ziyarət edin, çünki bu sizə axirəti xatırladır”. Bəzi hədislərə görə cümə axşamı günləri ziyarət etmək daha məqsədəuyğundur.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.

“Fəqət bu əmr yox, tövsiyə xarakterlidir. Eyni zamanda bayram ərəfələrində diriləri yada salıb ziyarət etdiyimiz kimi ölüləri də xatırlamaq savabdır. Bu, Ramazan, Qurban və Novruz bayramı ərəfəsində də ola bilər. Mərhumları ziyarət edib yada salmaq üçün xüsusi əlamətdar günü gözləməyə ehtiyac yoxdur. Ziyarəti istənilən vaxt edə bilərik. Məzar ziyarətinin də ədəbi, qaydası var. Məzara yanaşıb və yönü qibləyə doğru dayanıb mərhumun məğfirəti, ilahi rəhmətə və Cənnət məqamına müyəssər olması üçün Allaha dua etmək lazımdır. Bunun üçün vacib olan xüsusi dua forması yoxdur. Müstəhəb, yəni bəyənilən dualar var. Məsələn, Peyğəmbər əvvəlcə qəbir əhlinə ümumi salam verər, sonra onların bağışlanmalarını Allahdan niyaz edər və hətta “biz də sizlərdən olacağıq” deyərmiş. Yəni biz də zamanı gələndə dünyanı tərk edəcəyik. Qəbir ziyarətləri üçün sonralar bir sıra dua mətnləri tərtib ediblər ki, bunları mütləq şəkildə oxumaq vacib deyil. Çünki həmin ərəbcə duaları insanlar ya kitabdan, ya da əzbərdən oxuyur, lakin mənasını anlamırlar. Bunun da faydası yoxdur. Məgər Allah ərəbdir? Yaxud ərəbcədən qeyri dili bilmir? Əsla belə deyil. Allah alim və qadirdir. Allah nəinki fərqli dillərdə edilən duaları, hətta ürəklərdən keçənləri də bilir. Namazı və bütün duaları ərəbcə təqdim edənlər İslamın yalnız ərəblər üçün gəldiyini demiş və məhdudiyyətlər yaratmış olurlar. Halbuki, İslam bütün bəşəriyyət üçün gəlmiş beynəlxalq dindir. Ona görə də hər kəs öz dilində dua edə bilər. Allaha nə dediyini, ondan nə istədiyini anlayır.“

İlahiyyatçı bildirir ki, məzarlıqda da hər kəs öz dilində əlini Allaha açıb ölən yaxını üçün səmimi dua etməlidir.

“Nəinki molla aparmaq və ərəbcə dualar oxumaq, əksinə özünün dua etməsi daha faydalıdır. Bu,İslam deyil, mumiyyətlə dinə ziddir. Ən səmimi dualar hər kəsin öz dilində etdiyi dualardır. Dua qəlbin səsidir. İnsanın etiraf etdiyi ən ülvi sevgi öz dilində ifadə etdiyi kəlimələrdir. Allah da ən ali sevgiyə layiq olan Rəbbimizdir. Qəbir ziyarətində duanı ərəbcə oxumaq nə vacib, nə də müstəhəbdir. Əksinə, insanlar başa düşmədiyinə görə bəyənilmir. İstəyən şəxs Quran surələri də oxuya bilər. Oxuduğu surələrdən hasil olan savabları isə mərhuma ehsan edə bilər. Quran ona görə oxunmur ki, ölü eşidib iman gətirsin. Quran qiraət etmək ümumiyyətlə savabdır. Nəticə olaraq deyə bilərəm ki, məzarları ziyarət edərkən qəbri daşla döyəcləmək, ağlaşma qurmaq, ağlamayanları da süni şəkildə mərsiyyə, nohə, ağı deyərək ağlatmaq günahdır. Qəbir üstünə qida, ərzaq, səməni qoymaq doğru deyil. Ölü üçün sadəcə dua yetərlidir.“

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Mart 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri