Icma.az
close
up
RU
Tanınmış jurnalist, nüfuzlu media xadimi

Tanınmış jurnalist, nüfuzlu media xadimi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hacı Hacıyev – 100

Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Birliyinin keçirdikləri birgə mərasim tərcüməçi, publisist, Əməkdar jurnalist Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunub.   

Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizin media tarixində xüsusi xidmətləri olan Hacı Hacıyevin milli mətbuat ənənələrinə sadiqlik nümunəsi olduğunu bildirib. O qeyd edib ki, Hacı müəllimin, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Jurnalistlər Birliyinin sədri, 2006-cı ildən isə qurumun fəxri sədri vəzifələrində çalışıb. Onun yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutub. “Həsən bəy Zərdabi mükafatı” da məhz Hacı Hacıyevin təşəbbüsü ilə təsis edilib. Prinsipiallığı, qətiyyəti və insanpərvərliyi   ilə iz qoyan Hacı Hacıyevin xatirəsi hər zaman əziz tutulur.   

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı milli mətbuatın 150 illik yubileyi ərəfəsində medianın inkişafı və ənənələrinin qorunması istiqamətində böyük işlər görmüş Hacı Hacıyevin xidmətlərini qeyd etməyin mənəvi borc olduğunu deyib. O bildirib ki, Hacı müəllim hələ sovet dövründə Azərbaycan Jurnalistlər Birliyində millilik məsələsini gündəmə gətirmişdi. Məhz onun təklifi ilə ölkəmizdə Mətbuat Günü Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü gördüyü günə uyğun olaraq 22 iyula keçirilib. Milli mətbuatımız ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlət qayğısı ilə əhatə olundu, daha da inkişaf etdi.

BDU-nun jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev bildirib ki, ölkəmizdəki jurnalist təşkilatlarının fəaliyyəti tədris prosesində tələbələrə öyrədilir. Hacı Hacıyevin uzun illər rəhbərlik etdiyi Azərbaycan Jurnalistlər Birliyinin fəaliyyəti haqqında da “Jurnalistikaya giriş” fənnində geniş məlumat verilir.   

Sonra çıxış edən BDU-nun milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru Sabir Məmmədli və Hacı Hacıyevin qardaşı oğlu Şahin Hacıyev xatirələrini bölüşüblər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri