Tanınmış jurnalist dünyasını dəyişdi
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Jurnalist və teleaparıcı Aleksey Zimin dünyasını dəyişib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, 52 yaşlı jurnalistin ölüm səbəbi bilinmir. Zimin son illərdə Londonda yaşayırdı.
Zimin "Aleksey Ziminlə yemək" proqramının müəllifi və aparıcısı idi. Bundan əlavə, o, “Afisha-Eda” və “GQ” jurnalının baş redaktoru və “Kommersant”ın qastronomiya üzrə köşə yazarı olub.

