Icma.az
close
up
RU
Tanınmış jurnalist saxta xəbəri ayırd etməyin yolunu açıqladı

Tanınmış jurnalist saxta xəbəri ayırd etməyin yolunu açıqladı

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir informasiya axınında hər gün minlərlə xəbər, başlıq və vizual materialla qarşılaşırıq. Belə bir mühitdə manipulyasiya və dezinformasiyanın qurbanına çevrilməmək üçün ən güclü silahımız media savadlılığıdır. Media savadlılığı sadəcə xəbər oxumaq deyil, həm də qarşılaşdığımız məlumatlara tənqidi yanaşmaq bacarığıdır. 
Bəs oxucuların neçə faizi bunu bacarır? Manipulyativ başlıqlara görə aldananlar yenidən eyni situasiya ilə üzləşməmək üçün nə etməlidirlər? 
Tanınmış jurnalist Seymur Verdizadə Demokrat.az saytına açıqlamasında bildirib ki, rəqəmsal dünyada təhlükəsizliyi təmin etməyin yolu cəmi bir neçə qızıl qaydaya əməl etməkdən keçir. Doğru xəbəri yalandan ayırmağın yolu fərdin öz informasiya istehlakına məsuliyyətlə yanaşmasından keçir: 
“Oxucuların ən çox etdiyi xətalardan biri xəbəri tam oxumadan, yalnız diqqətçəkən və klik xatirinə yazılmış başlıqlara aldanıb nəticə çıxarmaqdır. Manipulyasiyadan qorunmağın ilk şərti mətnin məzmununa tam bələd olmaqdır. Bununla yanaşı, oxucu mütləq "Bu məlumatı kim yayır?" sualını verməlidir. Xəbərin arxasındakı mənbənin etibarlılığı, onun reputasiyası və yayılma məqsədi araşdırılmalıdır. Anonim və ya şübhəli platformaların təqdim etdiyi məlumatlara həmişə şübhə ilə yanaşmaq lazımdır. Təəssüflə qeyd etməliyik ki, tanınmış şəxslər, xüsusilə deputatlar və sənət adamları manipulyativ başlıqlar üzündən tez-tez cəmiyyətin hədəfinə çevrilir, təniqd olunur, ağır həqarətə məruz qalırlar”. 
Seymur Verdizadə qeyd edib ki, hər hansı bir xəbərin doğruluğundan əmin olmaq üçün mütləq paralel müqayisələr aparılmalı, eyni xəbərin fərqli platformalarda necə işıqlandırıldığına diqqət yetirilməlidir:
“Əgər bir xəbər bir neçə ciddi və fərqli resurs tərəfindən təsdiqlənirsə, onun doğruluq payı kəskin şəkildə artır. Bir oxucu xəbəri tam oxuyub təhlil edərsə, ilkin mənbəni yoxlayarsa və məlumatları fərqli platformalarla müqayisə edərək paralel süzgəcdən keçirərsə, onun aldanmaq ehtimalı çox aşağıdır. Savadlı oxucunu heç kim aldada bilməz”.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see359

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see314

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see286

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see281

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see276

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see272

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see262

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see250

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see248

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see234

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see233

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see229

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see228

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see223

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see217

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see215

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see213

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see201

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see194

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri