Icma.az
close
up
RU
Tanınmış klarnet ifaçısı müğənninin dişini itə atıb toydan niyə qaçdı?

Tanınmış klarnet ifaçısı müğənninin dişini itə atıb toydan niyə qaçdı?

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lent.az “Ömrün bir anı”  rubrikasında tanınmış klarnet ifaçısı Vaqif Mirzəyevin məzəli bir xatirəsini paylaşır.

Vaqif Mirzəyev rayonlardan birinə toya dəvət alır. Rayonun adətinə görə, toy 3 gün davam edir. Birinci gün qadın toyu, ikinci günü kişi toyu olur, üçüncü gün gəlini günorta bəy evinə gətirirlər və toy başa çatır. Vaqif Mirzəyev toy sahibi ilə danışır ki, iki gün olacam, üçüncü gün isə başqa bir məclisə dəvət aldığıma görə özümlə gətirdiyim klarnet ifaçısını yerimə qoyub gedəcəm. Gəlini o gətirər. Ev sahibi də razılaşır.

Toyun iki gününü yola verirlər. İkinci gün gecə toy sahibi Vaqif Mirzəyevin və ansamblının pulunu verir. Vaqif Mirzəyev bildirir ki, danışdıqları kimi çıxıb gedəcək. Ev sahibi razılaşmır. Hətta aralarına söz-söhbət də düşür. Vaqif Mirzəyev gecə ilə qaçmağa qərar verir.

“Gecə qapını açdım ki, qaçam, gördüm ev yiyəsinin yekə iti kəsdirib qapının ağzını. İtin başını qatmaq üçün ona yemək atmaq istədim. Otaqda heç nə yox idi. Masanın üstündə yekə fincan var idi, içi su ilə dolu. Götürüb atdım həyətə. İt fincanın dalınca qaçan kimi mən də qaçıb mindim qapının ağzında saxladığım maşına.

Mən çıxandan sonra səhər ev yiyəsi gəlib ki, bəs hanı Vaqif? Deyiblər o getdi yerində başqa klarnet çalan var. Ev yiyəsi klarnet çalanla dalaşıb, başlayıb müğənnini çağırmağa. Müğənni də stolun altından çıxmır.  Heç demə, gecə dişlərini çıxarıb suyun içinə fincana qoyubmuş. Mən də götürüb atmışam itə. O da durub masanın altında, üstündə  protez dişlərini axtarır. Məndən sonra da ev yiyəsi ilə musiqiçilər arasına beləcə söz-söhbət düşüb. Səbəbkar da mən olmuşam”, - o xatirəsində danışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri