Icma.az
close
up
RU
Tanınmış musiqiçi müğənninin dişini itə atıb toydan qaçdı

Tanınmış musiqiçi müğənninin dişini itə atıb toydan qaçdı

Icma.az, Manset saytına istinadən bildirir.

Manset.az Lent.az-a istinadən "Ömrün bir anı"  rubrikasında tanınmış klarnet ifaçısı Vaqif Mirzəyevin məzəli bir xatirəsini paylaşır.

Vaqif Mirzəyev rayonlardan birinə toya dəvət alır. Rayonun adətinə görə, toy 3 gün davam edir. Birinci gün qadın toyu, ikinci günü kişi toyu olur, üçüncü gün gəlini günorta bəy evinə gətirirlər və toy başa çatır. Vaqif Mirzəyev toy sahibi ilə danışır ki, iki gün olacam, üçüncü gün isə başqa bir məclisə dəvət aldığıma görə özümlə gətirdiyim klarnet ifaçısını yerimə qoyub gedəcəm. Gəlini o gətirər. Ev sahibi də razılaşır.

Toyun iki gününü yola verirlər. İkinci gün gecə toy sahibi Vaqif Mirzəyevin və ansamblının pulunu verir. Vaqif Mirzəyev bildirir ki, danışdıqları kimi çıxıb gedəcək. Ev sahibi razılaşmır. Hətta aralarına söz-söhbət də düşür. Vaqif Mirzəyev gecə ilə qaçmağa qərar verir.

"Gecə qapını açdım ki, qaçam, gördüm ev yiyəsinin yekə iti kəsdirib qapının ağzını. İtin başını qatmaq üçün ona yemək atmaq istədim. Otaqda heç nə yox idi. Masanın üstündə yekə fincan var idi, içi su ilə dolu. Götürüb atdım həyətə. İt fincanın dalınca qaçan kimi mən də qaçıb mindim qapının ağzında saxladığım maşına.

Mən çıxandan sonra səhər ev yiyəsi gəlib ki, bəs hanı Vaqif? Deyiblər o getdi yerində başqa klarnet çalan var. Ev yiyəsi klarnet çalanla dalaşıb, başlayıb müğənnini çağırmağa. Müğənni də stolun altından çıxmır.  Heç demə, gecə dişlərini çıxarıb suyun içinə fincana qoyubmuş. Mən də götürüb atmışam itə. O da durub masanın altında, üstündə  protez dişlərini axtarır. Məndən sonra da ev yiyəsi ilə musiqiçilər arasına beləcə söz-söhbət düşüb. Səbəbkar da mən olmuşam", - o xatirəsində danışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 03 Dekabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri