Icma.az
close
up
RU
Tanınmış memardan Bakıda tikiləcək istinad divarları ilə bağlı AÇIQLAMA

Tanınmış memardan Bakıda tikiləcək istinad divarları ilə bağlı AÇIQLAMA

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Cənab Prezidentin aidiyyəti sərəncamını dəstəkləyirəm. Həqiqətən bu işlərin görülməsi vacib və lazımdır. Amma təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti vaxtilə sel olan yerlərdə, qurudulmuş göl ərazilərində evlərin tikintisinə icazə verib. Axı bu düzgün deyil”.

Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış memar Elçin Əliyev deyib.

O bildirib ki, dövləti faktiki olaraq, öz hesabına qanunsuz və lazım olmayan yerlərdə tikilən binaların təhlükəsizliyi üçün pul ayırır:

“Dövlət orqanları çox gözəl bilir ki, insanların belə ərazilərində ev tikməsinə göz yumanda, bunun axırı pis olacaq. Mövsümi yağışlar zamanı qurudulmuş göl əraziləri yenidən su ilə dolur. İstinad divarlarının tikintisi nəyə görə lazımdır? Əgər əmlak normal və icazəli şəkildə tikilibsə, bütün təbii fəlakət faktorları nəzərə alınıb. Binalar tikilən zaman, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, rəsmi layihələrlə təsdiqlənir. Bu zaman bina keyfiyyətli tikilir. Belə çıxır ki, Azərbaycan dövləti öz hesabına faktiki olaraq, qanunsuz və lazım olmayan yerlərdə tikilən binaların təhlükəsizliyi üçün pul ayırır. Bu, bir tərəfdən dövlətin vətəndaşlara olan qayğısıdır. Amma digər tərəfdən, necə imkan verilib ki, qanunsuz və layihəsiz binalar tikilib? Burada bir paradoks var”.

Memar vurğulayıb ki, paytaxtın əsas problemi yağış kanalizasiyasının yoxluğudur:

“Bakıda əsas problem yağış kanalizasiyalarının olmamasıdır. Məsələn, Nardaran qəsəbəsində təzə yol inşa edilib. Axırıncı yağışlarda bu yol suyun altında qaldı. Deməli yeni inşa edilən yola da nəzarətsizlik olub. Mən əminəm ki, bu yolun layihəsi olduqca yüksək səviyyədə hazırlanıb. Amma necə tikilibsə, təzə yol yenə suyun altında qalır. Məncə, ayrılan vəsaitlə paytaxtın kanalizasiya məsələsi həll olunmalıdır. Bu istiqamətdə işləmək lazımdır. Problem kökdən həll edilməlidir, müvəqqəti yox”.

Qeyd edək ki, Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədər istinad divarları tikiləcək. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib. Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri