Icma.az
close
up
RU
Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!

Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail futbolunda böyük bir qalmaqal qopub. Bu qalmaqalın səbəbkarı norveçli Ronni Deyladı.

"Football-plus.az" xəbər verir ki, daha öncə ''Seltik'' ilə iki dəfə ölkə çempionluğunu qazanmış, eləcə də ''Nyu York Siti'', ''Standard'', ''Brügge'', ''Atlanta Yunayted''i çalışdırmış 50 yaşlı mütəxəssis bu ilin yanvarından Təl-Əviv ''Makkabi''sinin baş məşqçisi təyin olunub. O, bir xanım taksi sürücüsünə qarşı nalayiq hərəkətlər etməkdə günahlandırılır.
Hadisə ötən həftə mayın 1-də səhər saat 4 radələrində baş verib. Xanım sürücünün sözlərinə görə içkili vəziyyətdə olan Ronni Deyla maşına əyləşən kimi nalayiq və belə desək, ikibaşlı ifadələr işlətməyə başlayıb. Xanım sürücü bu durumdan xoşlanmadığını bildirsə də, məşqçi buna əhəmiyyət verməyib. Sonda isə o, pul əvəzinə sürücüyə cinsi yaxınlıq təklif edib! Xanım sürücü qorxudan əvvəlcə bir iş yoldaşına, sonra da polislərə hadisə barədə məlumat verib.
Maraqlıdı ki, məşqçi sonda heç bir ödəniş etmədən maşını tərk edib. Onun polislərə cavabı isə belə olub: ''Hədsiz dərəcədə içkili olduğum üçün heç nə yadımda deyil''. Qalmaqal bütün ölkədə ildırım sürəti ilə yayıldıqdan sonra Ronni Deyla rəsmi bəyanatla üzrxahlıq etmək məcburiyyətində qalıb: ''Bu hadisəyə görə üzr istəyirəm. Bütün detalları xatırlamıram. Çünki spirtli içkinin təsiri altında idim. Sözlərim xanım sürücüyə pis təsir edibsə, ondan, klubumuzdan və fanatlarımızdan üzr istəyirəm. Belə davranış tərzi özüm üçün müəyyənləşdirdiyim standartlara uyğun gəlmir. Bütün məsuliyyəti üzərimə götürürəm''.
Cəmi 3-4 aydı, bu klubda işləməsinə baxmayaraq bu, Ronni Deylanın İsraildə yaşadığı ilk qalmaqal deyil. Bundan bir ay öncə Təl-Əvivdə yerləşən Berlin barında da qalmaqal qopmuşdu. Həmin vaxt barmen məşqçinin normadan artıq içdiyini görərək ona daha bir içki verməkdən imtina etmişdi. Bundan qəzəblənən məşqçi barmen ilə əlbəyaxa olmuşdu. O zaman da məsələyə polislər qarışmalı olmuşdu. Son hadisə ilə bağlı araşdırma davam edir.
Deylanın üzrxahlığına baxmayaraq onun bu vəzifədə çox qalacağı gözlənilmir. Klubun nüfuzuna ziyan vurduğuna görə ''Makkabi''nin qalmaqallı məşqçi ilə ən qısa müddətdə müqaviləni pozacağı güman edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2026 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri