Onlara mənzil əvəzinə pul verilsin Təklif
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilə bilər.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
O bildirib ki, bu halda vətəndaşlar öz istəklərinə uyğun ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər:
“Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın bir yerdən almaq istəyirlər, yaxud kəndə gedib torpaq alıb ev tikmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir”.
Deputat bu kateqoriyadan olan şəxslərin mənzil təminatı ilə bağlı bir sıra suallar qaldırıb, hazırda neçə şəhid ailəsinin və müharibə əlilinin mənzil növbəsində olduğunu, son altı ildə onlardan neçəsinin mənzillə təmin edildiyini, 2027-ci ildə bu məqsədlə ayrılan vəsait hesabına neçə mənzilin tikiləcəyini, nə qədər insanın mənzil ala biləcəyini və növbədə qalanların sayının açıqlanmasını istəyib.
Qüdrət Həsənquliyev 20 Yanvar hadisələri ilə əlaqədar zərər çəkmiş ailələr arasında bu günədək mənzillə təmin olunmayan şəxslərin də olduğunu bildirib və həmin şəxslərin nə vaxt mənzillə təmin ediləcəyinə aydınlıq gətirilməsini xahiş edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 11 Noyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















