Tanınmış şəxslər Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Türkiyə və Azərbaycanın tanınmış aktyorları, bloger və keçmiş futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Onlar burada dövlət himayəsində yaşayan uşaqlarla görüşərək, söhbət edib, habelə müəssisənin şəraiti ilə yaxından tanış olublar.
Uşaqlar qonaqlar üçün hazırladıqları müxtəlif ədəbi-bədii kompozisiyaları nümayiş etdiriblər. Rəngarəng çıxışlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Görüş zamanı uşaqlar və qonaqlar arasında futbol üzrə yoldaşlıq oyunu da keçirilib, həmçinin qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbir səmimi anlar, maraqlı söhbətlər və xoş təəssüratlarla yadda qalıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 11 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















