Icma.az
close
up
RU
Tanınmış ürək damar cərrahı Məktəbdə...

Tanınmış ürək damar cərrahı Məktəbdə...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Tanınmış ürək-damar cərrahı, Əməkdar həkim, Milli Məclisin deputatı Rəşad Mahmudov “Məktəbdə...” layihəsinin qonağı olub.

"Cebheinfo.az" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 23 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

Şagirdlərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə Rəşad Mahmudov məktəb illəri ilə bağlı xatirələrini bölüşüb, şagirdlərin şəxsiyyət kimi yetişməsində, onların həyat yolunun müəyyənləşməsində məktəbin, müəllimlərin mühüm rolundan danışıb, müəllim-şagird münasibətlərinin təhsil prosesinin keyfiyyətinə birbaşa təsirlərindən söz açıb. Bildirib ki, müəllimlə şagird arasında qurulan sağlam ünsiyyət yalnız akademik nailiyyətlərin deyil, həm də şagirdlərin mənəvi və psixoloji inkişafının əsas şərtlərindən biridir.

Məktəblilərin gələcək ixtisas seçiminə təsir edən amillərdən bəhs edən millət vəkili düzgün peşə seçiminin şəxsi maraq, bacarıq və cəmiyyətə faydalılıq prinsipləri əsasında müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, gənclərə məqsədyönlü olmağı, daim öz üzərlərində çalışmağı tövsiyə edib, gələcəklə bağlı düzgün qurulan xəyalların insanın hədəflərinin müəyyənləşməsində mühüm rol oynadığını nəzərə çatdırıb.

R.Mahmudov şagirdlərə öz peşə fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşdə kardiocərrahın həyata keçirdiyi ağır əməliyyatlardan biri ilə bağlı videoçarx da nümayiş etdirilib. O, əməliyyat prosesini izah edərək bir insanın həyatını xilas etməyin məsuliyyətindən danışıb, bu təqdimatla şagirdlərdə gələcək peşə seçiminə maraq oyatmağa çalışıb.

“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. Görüşü Təhsil TV də işıqlandırır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see572

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see263

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see260

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see256

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see251

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see247

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see244

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see224

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see223

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see210

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see209

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see209

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see206

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see204

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see198

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see190

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see189

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see184

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri