Icma.az
close
up
RU
Tanınmış ürək cərrahı Amidin təsirli hekayəsini danışdı Video

Tanınmış ürək cərrahı Amidin təsirli hekayəsini danışdı Video

Icma.az, Axar.az saytına istinadən bildirir.

2011-ci ildə Amid ailəsi tərəfindən xəstəxanamıza gətiriləndə, otağıma daxil olduğu an vəziyyətinin son dərəcə ağır olduğu aydın idi. Fallot Tetradasının gecikmiş və artıq ən ağır fəsadlaşmış mərhələsində idi. Endokardit səbəbindən ağciyərlərə və beyinə emboliyalar atılmış, beyində abses formalaşmışdı. Yüksək hərarət fonunda septik şok tablosuna girmək üzrə olan bir xəstə idi.Onun yanında olan, ailəsi kimi tanıdığımız yaxınları ilə uzun-uzadı söhbətlər apardıq. Açıq və dürüst şəkildə bildirdik ki, qarşıda bizi son dərəcə çətin, riskləri olduqca yüksək olan bir müalicə və əməliyyatlar zənciri gözləyir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, tanınmış ürək cərrahı Rəşad Mahmudov özünün sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, bu, təkcə bir ürək əməliyyatı deyildi:

"Prosesin beyin cərrahiyyəsinə qədər uzana biləcək, çox mərhələli və mürəkkəb bir yola çevrilə biləcəyini də izah etdik. Eyni zamanda onu da açıq söylədik ki, bütün səylərə baxmayaraq, bu yolun hər mərhələsində ümidsizlik anları yaşana, hətta Amidi itirmək riski ilə üz-üzə qalma ehtimalı yüksəkdir. Üstəlik, həmin dövrdə icbari tibbi sığorta sistemi mövcud olmadığından, aparılacaq bütün bu müalicələrin aylıq maddi yükü 20-30 min manatdan də çox olabiləcəyi və bir də ailənin ortaya qoyacağı imkanların nəticəsiz qalma ehtimalı da vardı.

Məhz bu müzakirələr və hazırlıqlar davam edərkən aldığım bir məlumat isə hər şeyi kökündən dəyişdi.

Məlum oldu ki, Amidin yanında olan və ailəsi bildiyimiz bu insanlar onun nə valideynləri, nə də qohumlarıdır. Daha dərindən araşdırıldıqca ortaya çıxdı ki, Amid ümumiyyətlə öz valideynlərini, ailəsini, nəsil kökünü tanımır və xatırlamır. Həyatında bu baxımdan, özündən başqa heç kimsəsi yoxdur.

Sonradan öyrəndik ki, onu illər əvvəl üç qonşu tapıb. Uşaq yaşlarından etibarən səssiz-sədasız öz himayələrinə götürmüş, gündəlik baxımını, yeməyini, dərmanını, bütün ehtiyaclarını qarşılamış, heç kimə bildirmədən onun yaşaması üçün yollar axtarmışdılar. Xəstəxanaya gətirən, otağımda valideynləri kimi dayanan insanlar da məhz həmin qonşular imiş.

Bu həqiqəti öyrəndikdən sonra tərəddüd etmədən Heydər Əliyev Fonduna müraciət etdim. Məsələni çox hörmətli Anar Ələkbərova ətraflı şəkildə izah etdikdən sonra, qısa müddət ərzində Mehriban xanım Əliyevanın tapşırığı ilə Amidin müalicə və əməliyyat prosesinin həyata keçirilməsi üçün bütün imkanların səfərbər edilməsi barədə qərar verildi. Ölkə daxilində və ya zərurət yaranarsa xaricdə, əsas məqsəd ona sonuna qədər kömək etmək idi.

Ardıcıl açıq ürək əməliyyatlarından sonra ən çətin mərhələ başladı. Uzunmüddətli reanimasiya və müalicə prosesi. Müalicənin ikinci ayında tam ümidləri itirmək üzrə idik. Bu mərhələdə xəstənin başından bir an belə ayrılmayan, bu ağır mübarizəni gecə-gündüz davam etdirən mərhum italyalı professor Ermanno Mazza da bu hekayənin səssiz qəhrəmanlarından biri idi. Bu gün aramızda olmasa da, onun zəhməti və illərlə qurduğu məktəb bu nəticədə öz izini qoydu.

Bu mübarizə reanimasiya və xəstəxana divarları arasında 8 ay yarım davam etdi. Bütün risklərə, bütün ümidsizlik anlarına baxmayaraq, Heydər Əliyev Fondunun dəstəyi bir an belə kəsilmədi. Və nəticədə - komanda işi, dövlətin və Fondun dəstəyi, həkimlərin fədakarlığı və insanların duaları sayəsində Amid həyata döndü.

Bu gün, 13 il sonra, biz yenidən görüşürük. Və artıq Amid tək deyil. Onun şəxsi evi, ailəsi və övladları var. Sağlam, həyata tutunan, gələcəyə inamla baxan bir insandır.

Əziz dostlar, dəyərli həmvətənlər!

Bu canlı hekayə sadəcə bir əməliyyatın hekayəsi deyil.

Bu hekayə - insanlığın, vicdanın və ən çətin anda səssiz uzanan əllərin hekayəsidir!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri