Icma.az
close
up
RU
Tanınmış vəkil “Adore”ni məhkəməyə verdi, qalib gəldi QƏRAR

Tanınmış vəkil “Adore”ni məhkəməyə verdi, qalib gəldi QƏRAR

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vəkillər Kollegiyasının üzvü Hikmət Əliyev “Ador Kompani” MMC-nin tərkibində fəaliyyət göstərən “Sabina” və “Adore Parfumeriya” mağazalar şəbəkəsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Tribubainfo.az xəbər verir ki, bu barədə Teleqraf-a vəkilin özü məlumat verib.

O bildirib ki, bir müddət öncə “Ador Kompani” MMC-yə qarşı sosial şəbəkələrdə paylaşım edib və əhəmiyyətli bir hüquqi kazusla qarşılaşıb.

Onun sözlərinə görə, şirkətin tərkibində fəaliyyət göstərən “Sabina” və “Adore Parfumeriya” mağazalar şəbəkəsinə məxsus hədiyyə kartlarına 6 ay və ya 1 il etibarlılıq müddəti qoyulması, müddət başa çatdıqdan sonra isə həmin kartların etibarsız hesab olunması problemi gündəmə gəlib. Vəkil qeyd edib ki, nəticədə şirkət heç bir məhsul təqdim etmədən gəlir əldə edir.

H.Əliyev hesab edib ki, qeyd olunan kartlara etibarlılıq müddətinin qoyulması hüquqi baxımdan düzgün deyil və həmin kartlar müddətsiz olmalıdır: “Əgər vətəndaş kartı ilin əvvəlində alırsa, onu istifadə üçün 11 ay vaxtı olur. Lakin ilin sonu alarsa, istifadəyə cəmi bir ay vaxtı qalacaq. Bu isə istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Bəzi ölkələrdə, misal üçün ABŞ-də ödəniş vəsaiti kimi istifadə edilə biləcək kuponlara 5 illik minimal müddət tətbiq edilib. İstehlakçıların hüquqlarını qoruyan qanunda bu normanın müəyyən olunması istehlakçıların hüquqlarını qoruyur. Kartın üzərində müddətə yönələn şərt müqavilə şərti hesab oluna və mötəbər sayıla bilməz”.“Bu sahədə konkret məhkəmə təcrübəsinin olmaması, eyni zamanda bunun geniş yayılmış bir praktika olması diqqətimi daha da çəkdi. Düşündüm ki, bu, yalnız mənim başıma gələn bir hal deyil, minlərlə insan bu təcrübədən zərər çəkib. Şirkət isə kartın üzərində yerləşdirdiyi manevr xarakterli birtərəfli standart şərtlərlə istehlakçının hüquqlarını məhdudlaşdıraraq heç bir məhsul təqdim etmədən külli miqdarda gəlir əldə edir. Məsələnin həm hüquqi, həm də ictimai əhəmiyyətini nəzərə alaraq, təkcə şəxsi maraq deyil, ictimai fayda naminə məhkəməyə müraciət etdim”, – deyə vəkil qeyd edib.

H.Əliyev deyib ki, onun şirkətə qarşı iddiasına Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayıb və rədd edilməsi barədə qərar qəbul edib.

Vəkil vurğulayıb ki, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə iş tam, hərtərəfli və obyektiv şəkildə araşdırılıb. Nəticədə vəkilin apellyasiya şikayəti təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilib ki, 200 manat məbləğində pul vəsaiti “Ador Kompani” MMC-dən tutularaq vəkilə ödəniləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 İyul 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri