Tanınmış vəkildən etiraz: Bu, mənim peşəkar nüfuzuma zərbədir
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
"Keçmiş vəkil Ruhid Əkbərovla bağlı yerli media qurumunda yayımlanan xəbərdə səhvən mənim şəklim yerləşdirilib".
Hurriyyet.az xəbər verir ki, bunu e-huquq.az-a müraciətində tanınmış vəkil Emin Məmmədov deyib. Vəkil belə bir halın daha əvvəl də baş verdiyini qeyd edib:
"Bir neçə il əvvəl sabiq vəkil Ruhid Əkbərovla bağlı media qurumlarında məlumat dərc olunmuşdu. Xəbər saytlarından biri yazıya səhvən mənim fotomu əlavə etmişdi. Həmin vaxt media qurumu ilə əlaqə saxladım və məsələni izah etdim. Onlar məndən üzrxahlıq edib təkzib yazısı paylaşdı. Hazırda həmin şəxslə bağlı başqa məsələ gündəmdədir. Təəssüf ki, oxu.az saytı dərc edilən xəbərə bu dəfə də yanlışlıqla mənim fotomu əlavə edib. Həmin vaxt da mən jurnalistlərdən belə həssas məsələlərdə diqqətli olmağı xahiş etdim”.
Vəkil bu halın onun peşəkar nüfuzuna zərbə vurduğunu bildirib:
"Bir daha jurnalistləri bu kimi həssas mövzularda məsuliyyətli və diqqətli olmağa, xəbəri yayımlamazdan öncə ətraflı araşdırma aparmağa çağırıram".
Şəbnəm Mehdizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 30 Sentyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















