Icma.az
close
up
RU
Tanınmış ziyalılar Tofiq Yaqubluya görə ölkə Prezidentinə müraciət etdi

Tanınmış ziyalılar Tofiq Yaqubluya görə ölkə Prezidentinə müraciət etdi

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın bir sıra tanınmış ziyalıları, eləcə də, ictimai və siyasi xadimləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır.

Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yartdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.

Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızı Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.

Cənab Prezident!

Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir.

Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik.

Sizə sayğı və ümidlərlə,

1. Adil Qeybulla, professor

2. Sabir Rüstəmxanlı, xalq şairi

3. Məmməd İsmayıl, şair

4. Rüstəm Behrudi, şair

5. Cavanşir Quliyev Əməkdar İncəsənət Xadimi

6. Qulu Məhərrəmli, professor

7. Erkin Qədirli, millət vəkili

8. Eldəniz Quliyev, senarist, kinodramaturq

9. Hilal Məmmədov, hüquq müdafiəçisi

10. Qorxmaz İbrahimli, ictimai xadim

11. Sərdar Cəlaloğlu, ADP sədri

12. MirMahmud Mirəlioğlu, KXCP sədri

13. Bahəddin Həzi, yazıçı-publisist, əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see184

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see131

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see128

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see128

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see126

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see122

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see121

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see120

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see119

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri