Icma.az
close
up
RU
Tanınmışlardan Arsenal PSJ oyunu ilə bağlı maraqlı proqnozlar

Tanınmışlardan Arsenal PSJ oyunu ilə bağlı maraqlı proqnozlar

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək. İngiltərənin"Arsenal" klubu Fransanın PSJ klubu ilə qarşılaşacaq. 

Manset.az saytı oyunla bağlı bir neçə tanınmış şəxslərin proqnozlarını öyrənib. Onların bəziləri "Arsenal"ı favorit görsə də, bəziləri oyunun heç-heçə nəticələnəcəyini bildirib. 

Bununla bərabər PSJ-nin qələbəsinə inananlar da var. 

Deputat Aqil Abbas: "Mən daha çox öz futbolumuzu izləməyə üstünlük verirəm. Buna baxmayaraq, Arsenalı favorit görürəm". 


Azxeber.com xəbər portalının baş redaktoru Hacıbəy Heydərli: 

 "Arsenal” - PSJ oyunu çox böyük maraqla gözlənilir. Bugünki dueldə düşünürəm ki, "Arsenal” qələbə qazanacaq. PSJ bu mərhələyə qədər iki ingilis klubu - "Liverpul” və "Aston Villa”nı mübarizədən kənarlaşdırıb.

Ancaq "Arsenal” da bu il çox güclü təsir bağışlayır, londonlular 1/4 finalda "Real Madrid”i hər iki oyunda məğlub etdilər. Bu səbəbdən də "Arsenal” ilk oyunun favoritidir.

Proqnozum bundan ibarətdir ki, "Arsenal” son aylar əldə etdiyi yüksək performansı davam etdirəcək. Düşünürəm ki, hesab 2:1 "Arsenal”ın xeyrinə yekunlaşacaq. Ümumilikdə isə bu cütlüyün qalibinin PSJ olacağını düşünürəm.
Parislilər ikinci oyunda 3:0 qələbə qazanacaq".

Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu: "Mən illərdir futbol izləmirəm. Hətta nifrət edirəm. O nədir? 22 kişi  bir topun arxasınca qaçır".

General-mayor Novruzəli Orucov: "Əlbəttə, oyun maraqlı olacaq. Mən düşünürəm ki, Arsenal qalib olacaq. PSJ Fransanın klubudur. Fransızları favorit hesab etməkdənsə, İngilislərin futbolu daha gözəldir. Arsenalın 2:1 qalib gələcəyini düşünürəm". 


Əməkdar artist Vasif Məhərrəmli: "Bu gün keçiriləcək yarım finalda Arsenaldan böyük hesablı qələbə gözləyirəm. Düzdür, mənim favorim Barselonadır.  Amma Arsenaldan 4:0 hesablı qələbə gözləyirəm". 

Gənclər və İdman nazirinin sabiq müavini İsmayıl İsmayılov: "Məncə güclü qalıb gələcək. Hazırda Arsenal çox güclü futbol oyunu sərgiləyir. Onun qalib gələcəyini düşünürəm".


ATV telekanalının keçmiş vitse-prezidenti Natiq İbrahimov oyunu maraqla izləyəcəyini bildirib. Hesabın isə 2:2 nəticələnəcəyini qeyd edib. 


Sitat.info saytının rəhbəri Məğrur Salmanov: "Oyunu böyük həyəcanla gözləyirəm. Düşünürəm ki, Arsenal 3:1 hesabı ilə qalib gələcək". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Aprel 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri