Icma.az
close
up
RU
Arsenal PSJ oyunu ilə bağlı proqnozlar General, depuat və nazir müavini danışır..

Arsenal PSJ oyunu ilə bağlı proqnozlar General, depuat və nazir müavini danışır..

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gün Çempionlar Liqasının yarım final mərhələsi keçiriləcək. Arsenal PSJ ilə qarşılaşacaq. 

Manset.az saytı oyunla bağlı bir neçə tanınmış şəxlərin proqnozlarını öyrənib. Onların bəziləri Arsenalı favorit görsə də, bəziləri oyunun heç-heçə nəticələnəcəyini bildirib. 

Bununla bərabər PSJ-nin qələbəsinə inananlar da var. 

Deputat Aqil Abbas: "Mən daha çox öz futbolumuzu izləməyə üstünlük verirəm. Buna baxmayaraq, Arsenalı favorit görürəm". 
 

Azxeber.com xəbər portalının baş redaktoru Hacıbəy Heydərli:  "Arsenal” - PSJ oyunu çox böyük maraqla gözlənilir. Bugünki dueldə düşünürəm ki, “Arsenal” qələbə qazanacaq. PSJ bu mərhələyə qədər iki ingilis klubu “Liverpul” və “Aston Villa”nı mübarizədən kənarlaşdırıb.

Ancaq “Arsenal” da bu il çox güclü təsir bağışlayır, londonlular 1/4 finalda “Real Madrid”i hər iki oyunda məğlub etdilər. Bu səbəbdən də “Arsenal” ilk oyunun favoritidir.

Proqnozum bundan ibarətdir ki, “Arsenal” son aylar əldə etdiyi yüksək performansı davam etdirəcək. Düşünürəm ki, hesab 2:1 “Arsenal”ın xeyrinə yekunlaşacaq. Ümumilikdə isə bu cütlüyün qalibinin PSJ olacağını düşünürəm. Parislilər ikinci oyunda 3:0 qələbə qazanacaq".

Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu: "Mən illərdir futbol izləmirəm. Hətta nifrət edirəm. O nədir? 22 kişi  bir topun arxasınca qaçır".

General-mayor Novruzəli Orucov:"Əlbəttə, oyun maraqlı olacaq. Mən düşünürəm ki, Arsenal qalib olacaq. PSJ Fransanın klubudur. Fransızları favorit hesab etməkdənsə, İngilislərin futbolu daha gözəldir. Arsenalın 2:1 qalib gələcəyini düşünürəm". 

Əməkdar artist Vasif Məhərrəmli: "Bu gün keçiriləcək yarım finalda Arsenaldan böyük hesablı qələbə gözləyirəm. Düzdür, mənim favorim Barselonadır.  Amma Arsenaldan 4:0 hesablı qələbə gözləyirəm". 
 

Gənclər və İdman nazirinin sabiq müavini İsmayıl İsmayılov: "Məncə güclü qalıb gələcək. Hazırda Arsenal çox güclü futbol oyunu sərgiləyir. Onun qalib gələcəyini düşünürəm".

ATV telekanalının keçmiş vitse-prezidenti Natiq İbrahimov oyunu maraqla izləyəcəyini bildirib. Hesabın isə 2:2 nəticələnəcəyini qeyd edib. 
 

Sitat.info saytının rəhbəri Məğrur Salmanov: "Oyunu böyük həyəcanla gözləyirəm. Düşünürəm ki, Arsenal 3:1 hesabı ilə qalib gələcək". 
 

Qol.az saytının əməkdaşı Ramiq Ağaməmmədov: "Arsenalın oyunda üstünlük qazanacağını düşünürəm. Fikrimcə, hesab təxminən 2:0 olacaq və Arsenal qələbə qazanacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri