Icma.az
close
up
RU
Tanınmışların Pezeşkianın şeir deməsinə ilginc REAKSİYALARI

Tanınmışların Pezeşkianın şeir deməsinə ilginc REAKSİYALARI

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Tək İran lideridir ki, Azərbaycanda bu qədər səmimi sevilir. Davamlı olsun. Məsud bəy bizi məyus etməz, inşallah!”

Tribunainfo.az bildirir ki, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu belə deyib.
“Şəhriyarın “Heydərbabaya salam”ı elə bir şeirdir ki, onu kim necə istəsə, elə də başa düşə bilər. Əsas o şeiri kimin və hansı tərəfdə dayanıb deməsidir”.

Bu isə yazıçı Kəramət Böyükçölün İran prezidentinin Bakıda şeir deməsini belə dəyərləndirməsidir. Onun fikrincə, Türkiyə lideri Ərdoğan deyəndə İran dəli olur, Pezeşkian deyəndə Turan dəli olur: “O deyəndə bu dəli olur, bu deyəndə o dəli olur. Çünki kimə necə sərf edir, o cür də anlayır”.


Keçmiş deputat Gültəkin Hacıbəyli hesab edir ki, vaxtı çatmış bir ideyanın qarşısını dünyanın heç bir gücü ala bilməz: “Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında “Arazı ayırdılar” bayatısını söyləməsinə İran diplomatik nota verərək etiraz etmişdi. İndi İranın öz prezidenti Məsud Pezeşkian Bakıda böyük Azərbaycan-türk şairi Məhəmməd Hüseyn Şəhriyarın həsrət poeziyasının şah əsəri sayılan “Heydərbabaya salam” poemasından ayrılıq misraları səsləndirir.
Pezeşkianın Güney Azərbaycanın deyil, İran İslam Respublikasının prezidenti olduğunu unutmayaraq, ona göstərdiyi bu milli qeyrət və cəsarət örnəyi üçün təşəkkür edirəm.
Yeri gəlmişkən, türkcə təhsilin yasaqlandığı İranda yetişmiş Məsud bəy Azərbaycan türkcəsinin dövlət dili olduğu Azərbaycanın paytaxtının merindən daha gözəl türkcə danışır”.


Müsavat Partiyasının başqan müavini Razim Əmiraslının fikrincə, Pezeşkian İranın prezidentidir və təbii olaraq bu dövlətin maraqlarını təmsil edir: “Hamıya da məlumdur ki, İranda ali rəhbər, dövlət başçısı Ayətullah Xameneidir və əsas siyasi qərarlar onun iradəsilə verilir. Buna baxmayaraq, bir azərbaycanlının İran prezidenti seçilməsi və tez-tez müxtəlif tribunlardan Şəhriyardan şeirlər söyləməsi Güney Azərbaycanda milli oyanışa və özünüdərk prosesinə müsbət təsir göstərirsə bunun nəyi pisdir? Əksinə bu, həm də milli varlığımızın orada da yaşadığının bariz göstəricisidir”.


Ümid Partiyasının sədri İqbal Ağazadə geniş təhlilini belə yekunlaşdırıb: “Pezeşkian yaxşı mesajlar verir. Biz də yaxşı mesajları yaxşı dəyərləndirməliyik. Politoloq, siyasətçi, azad insan, demokrat, liberal, mühafizəkar, təriqətçi, dinçi, məzhəbçi, qadın, kişi olmaqla yanaşı, hamımız AZƏRBAYCANLIYIQ”.

Təbriz Qalalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 30 Aprel 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri