Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Dönərxanalar monopoliyaya götürülür? Ekspert REAKSİYALARI

Dönərxanalar monopoliyaya götürülür? Ekspert REAKSİYALARI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.
Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir.
Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir. 
Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.
Bəzi ekspertlər bu addımın dönər biznesi sahəsində monopoliyaya gətirib çıxaracağından narahatdır. Bəs bu nə dərəcədə gözləniləndir?
Modern.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.
Deputat Razi Nurullayevin fikrincə, bu sahədə monopoliya yoxdur:
“Qaydaların sərtləşdirilməsinə gəldikdə isə zaman-zaman dönər və küçədə satılan fast-food məhsullarından zəhərlənmə halları baş verir. İnsanlar bu məhsulların keyfiyyəti ilə bağlı narahatlıqlarını bildirirlər. O baxımdan bütün dünyada küçədə satılan qida məhsulları ilə bağlı standartlar mövcuddur. O standartlar da olduqca sərtdir. Bu da insanların sağlamlığını qorumaq üçündür. Mənə elə gəlir ki, bu sahədə qaydaların sərtləşdirilməsi heç də monopoliyaya gətirib çıxarmayacaq. Bu kiçik bir biznesdir, burada monopoliya olması inandırıcı deyil. Amma belə faktlar varsa, təbii ki, yolverilməzdir".
Qida eksperti Fərid Səfərov bildirib ki, qida məhsullarının hazırlanması, satışa çıxarılması barədə müəyyən standartlar tətbiq olunur:
"Bunlar xammalın əldə olunması, gigiyenik normalara uyğun çatdırılıb saxlanılması, təhlükəsiz şəkildə istehsal edilib satışa çıxarılmasından tutmuş bir neçə sahəni əhatə edir. Təbii ki, burada əsas məqsəd  insanların təhlükəsiz şəkildə qidanı əldə etməsi, sağlam şəkildə qidalanması və bu sahənin inkişafına yönəlib. Müxtəlif iaşə obyektlərində də bu standartlar mütləq şəkildə tətbiq olunmalıdır". 
Ekspertin sözlərinə görə, təkcə böyük restoranlarda yox, kiçik dönərxanalarda da bu standartların tətbiqinə mütləq şəkildə nəzarət olunmalıdır ki, sonradan tez-tez eşitdiyimiz zəhərlənmə və ölüm halları baş verməsin:
"Qida çox ciddi məsələdir. Onu hazırlayarkən də bütün qaydalara əməl olunmalıdır. Bu sahəyə çox ciddi nəzarət hər zaman vacibdir. Hər kəs öz süfrəsindən başlayaraq maariflənməyə başlasa, tətbiq etsə və sağlam seçimlər etsə, düşünürəm ki, bu sahədə nəsə irəliləyiş əldə etmək mümkündür".
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu standartların qəbul edilməsi monopoliyaya gətirib çıxarmayacaq:
“Qida sahəsində fəaliyyət göstərən şəxslər qida təhlükəsizliyi standartlarına cavab verməlidirlər. Dönər sahəsində monopoliyanın olması çox real deyil, çünki bu biznesin açılması çox ciddi investisiya tələb etmir. Ona görə də bu sahədə atılan addımlar hansısa monopoliya yaratmayacaq. Amma bu standartlar dönər qiymətlərini artıra bilər. Bu standartlara uyğunlaşmaq, nəzarət edilməsi dönərçilərin xərcini artıracağı üçün qiymətlərdə artım görə bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri