Icma.az
close
up
RU
Tanış olduğu qızı şantaj edən tələbə azadlığa buraxıldı

Tanış olduğu qızı şantaj edən tələbə azadlığa buraxıldı

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən T.Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti və əlavə qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilib. Onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 70-ci maddəsinə əsasən 2 il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub. T.Məmmədli cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilib.

İttihama görə, T.Məmmədli zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) barəsində rüsvayedici məlumatların yayılması ilə hədələyərək onun əmlakını hədə-qorxu yolu ilə təkrarən tələb etməkdə təqsirli bilinib.

İş materiallarında qeyd edilir ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 2025-ci ilin yanvar ayının sonlarında tanış olduğu zərərçəkmiş şəxsə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib. Həmin qızı sosial şəbəkələrdə T.T. (adı, soyadı şərtidir) narahat edib. S.S. də bu barədə T.Məmədliyə bildirib. Təqsirləndirilən şəxs isə zərərçəkmişi “qorumaq” adı altında onunla nişanlı olmaları görüntüsünü yaratmağı təklif edib. Bu məqsədlə birlikdə səmimi fotoşəkil çəkdirərək həmin görüntünü mobil telefon vasitəsilə ələ keçirib.

Daha sonra – 10 fevral 2025-ci il tarixdə T.Məmədli həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi, eləcə də zərərçəkmiş şəxsin ailə üzvlərinə göstərəcəyi ilə hədələyərək onu rüsvay edəcəyi barədə hədə-qorxu gəlib. Rüsvayedici məlumatların yayılmaması qarşılığında S.S.-dən 1000 manat pul tələb edilib və görüş yeri kimi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binasının həyəti göstərilib. 11 fevral 2025-ci il tarixdə saat 15:44-də zərərçəkmiş şəxs “eManat” ödəmə terminalı vasitəsilə 300 manat məbləğində pul vəsaitini onun bank kartına köçürüb. Bununla da T.Məmədli hədə-qorxu yolu ilə 300 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurub.

Bununla kifayətlənməyən T.Məmədli eyni niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmə cinayətini törədib. Belə ki, 7 aprel 2025-ci il tarixdə “WhatsApp” vasitəsilə S.S. ilə əlaqə saxlayaraq həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi və ailə üzvlərinə göstərəcəyi ilə hədələyib. Bu dəfə də rüsvayedici məlumatların yayılmaması müqabilində zərərçəkmiş şəxsdən 500 manat pul tələb edib. Həmin gün zərərçəkmiş şəxs banklardan birinin mobil tətbiqi vasitəsilə 500 manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxsin istifadəsində olan eyni bank kartına köçürüb. Nəticədə T.Məmədli hədə-qorxu yolu ilə əlavə 500 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 800 manat maddi ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmədli barəsində şərti cəza təyin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub, onun apellyasiya şikayəti isə təmin edilməyib. Apellyasiya instansiyası tərəfindən hökm dəyişdirilərək T.Məmədli barəsində CM-in 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqinə dair göstərişlər hökmdən çıxarılıb və ona 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd: T.Məmədli həbs edilən zaman Bakıdakı universitetlərin birində birinci kursda əyani şöbədə təhsil alırmış.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Fevral 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri