Icma.az
close
up
RU
Tələbə tanış olduğu qızı fotoşəkilləri ilə şantaj edrmiş DETALLAR

Tələbə tanış olduğu qızı fotoşəkilləri ilə şantaj edrmiş DETALLAR

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən T.Məmmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti və əlavə qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilib.
Onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin (CM) 182.2.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 70-ci maddəsinə əsasən 2 il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunub. T.Məmmədli cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azad edilib.
 

İttihama görə, T.Məmmədli zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) barəsində rüsvayedici məlumatların yayılması ilə hədələyərək onun əmlakını hədə-qorxu yolu ilə təkrarən tələb etməkdə təqsirli bilinib.


İş materiallarında qeyd edilir ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə 2025-ci ilin yanvar ayının sonlarında tanış olduğu zərərçəkmiş şəxsə özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edib. Həmin qızı sosial şəbəkələrdə T.T. (adı, soyadı şərtidir) narahat edib. S.S. də bu barədə T.Məmmədliyə bildirib. Təqsirləndirilən şəxs isə zərərçəkmişi “qorumaq” adı altında onunla nişanlı olmaları görüntüsünü yaratmağı təklif edib.
Bu məqsədlə birlikdə səmimi fotoşəkil çəkdirərək həmin görüntünü mobil telefon vasitəsilə ələ keçirib.
Daha sonra - 10 fevral 2025-ci il tarixdə T.Məmmədli həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi, eləcə də zərərçəkmiş şəxsin ailə üzvlərinə göstərəcəyi ilə hədələyərək onu rüsvay edəcəyi barədə hədə-qorxu gəlib.
Rüsvayedici məlumatların yayılmaması qarşılığında S.S.-dən 1000 manat pul tələb edilib və görüş yeri kimi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binasının həyəti göstərilib. 11 fevral 2025-ci il tarixdə saat 15:44-də zərərçəkmiş şəxs “eManat” ödəmə terminalı vasitəsilə 300 manat məbləğində pul vəsaitini onun bank kartına köçürüb. Bununla da T.Məmmədli hədə-qorxu yolu ilə 300 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurub.
 

Bununla kifayətlənməyən T.Məmmədli eyni niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmə cinayətini törədib.


Belə ki, 7 aprel 2025-ci il tarixdə “WhatsApp” vasitəsilə S.S. ilə əlaqə saxlayaraq həmin fotogörüntünü internet üzərindən yayıb ictimailəşdirəcəyi və ailə üzvlərinə göstərəcəyi ilə hədələyib. Bu dəfə də rüsvayedici məlumatların yayılmaması müqabilində zərərçəkmiş şəxsdən 500 manat pul tələb edib. Həmin gün zərərçəkmiş şəxs banklardan birinin mobil tətbiqi vasitəsilə 500 manat məbləğində pul vəsaitini təqsirləndirilən şəxsin istifadəsində olan eyni bank kartına köçürüb. Nəticədə T.Məmmədli hədə-qorxu yolu ilə əlavə 500 manat pulu ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 800 manat maddi ziyan vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədli barəsində şərti cəza təyin edilib.
Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub, onun apellyasiya şikayəti isə təmin edilməyib. Apellyasiya instansiyası tərəfindən hökm dəyişdirilərək T.Məmmədli barəsində CM-in 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqinə dair göstərişlər hökmdən çıxarılıb və ona 4 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki,  T.Məmmədli həbs edilən zaman Bakıdakı universitetlərin birində birinci kursda əyani şöbədə təhsil alırmış. (Pravda.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri