Icma.az
close
up
RU
Tanjelonun faydaları

Tanjelonun faydaları

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanjelo şirin sitrus meyvəsi olub Tanjerin və qreypfurtun süni yolla hibridləşməsi yolu ilə yaradılıb. Yetişmiş meyvənin parlaq narıncı rəngi olur.

Onun ölçüsü portağal və ya qreypfurtun ölçüsü boyda, dairəvi formada, dadı turşa meyilli şirin, daxili isə arakəsməli dilimlərdən ibarətdir. Tanjelonun qabığı qalın və asan soyulan olur. Tanjelonu ilk dəfə 1897-ci ildə Amerika Kənd Təssarrüfatı birliyi yetişdirib. İndi bu meyvədən ən çox Floridada, İsraildə və Türkiyədə yetişdirilir.

Tanjelonun tərkibinin əsasını bir-neçə növ(mineola, simenol, klementin, orlando, aqli, tornton və alemoen)sitrus meyvəsi təşkil edir. Tanjelo meyvəsini yığarkən bəzi şeylərə diqqət yetirmək lazımdır:

* meyvənin qabığı bərk, parlaq və ləkəsiz olmalıdır

* qabıqda çat olmamalıdır

* meyvənin ölçüsü tam yetişmiş ölçüdə olmalıdır.

Tanjelo sitrus bitkilərindən olduğu üçün onun tərkibi həmin bitkilərin tərkibinə daha yaxındır. Tanjeloda C, A, E, B9, B12 vitaminləri, kalium, maqnium, fosfor və çoxlu orqanik turşular var.

Faydalı və müalicəvi xüsusiyyətləri

Tanjelonun tərkibində olanlar avitaminozlar zamanı çox faydalıdır. Onun şirəsidən gündə 1 stəkan içmək orqanizmdə olan avitaminozun aradan qalxmasına səbəb olur. Şirəsinə limon sıxmaq isə tərkibində olan vitamin və mineralların təsirini artırır. Adətən tanjelo və limon şirəsinin qarışımını içmək hamilə qadınlara daha çox faydalıdır. Bu qarışım toksikoz əleyhinə güclü təsir göstərir və qripp xəstəliyinin əlamətlərini azaldır.

Tanjelonun tərkibində olan kalum arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Tanjelo şirəsi orqanizmdən artıq xolesterinin, artıq yağların çıxarılmasına yardım edir. Tanjelodan müxtəlif soyuq desertlərin, marmeladların hazırlanmasında istifadə edilir. Ən çox Amerika və Avropa mətbəxində bu meyvədən daha çox istifadə olunur. Ondan ən dadlı meyvə-tərəvəz salatlarının hazırlanmasında istifadə edilir. Tanjelo və dəniz məhsullarından hazırlanan salatlar da çox dadlı olur. Bu meyvənin özünü və qabığının qurudulmuşunu çaya əlavə edib içmək mümkündür.

Kosmetologiya sahəsində

Kosmetologiya sahəsində tanjelo qabığından alınmış efir yağlarından geniş istifadə edilir. Bu yağlardan skrabların, sabunların, duş gellərinin hazırlanmasında istifadə edilir.

Tanjelonun zərərli xüsusiyyətləri

Xroniki mədə-bağırsaq xəstələrinə, turşuluğu çox olan adamlara bu meyvədən yeyərkən diqqətli olmaq məsləhət bilinir. Şəkərli diabet xəstələri də tanjelo şirəsindən çox içməməlidirlər. Bu onların qanında şəkərin artmasına səbəb olur. Allergiyası olan xəstələr də tanjelo yemək istədikdə çox diqqətli olmalıdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri