Icma.az
close
up
RU
Ağlamanın faydaları

Ağlamanın faydaları

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, gülmənin insan sağlamlığına təsiri böyükdür. Bir çox həkimlər daha uzun yaşamaq üçün daha çox gülün deyir.

Bəs ağlamaq? Ağlamaq zərərlimidir? Əlbəttə ki, XEYR! Ağlamanın faydaları üzərində bir çox araşdırmalar aparılmışdır, gəlin onlara nəzər salaq.

İnsanlar sevincdən olsun, kədərdən olsun, zaman-zaman ağlayırlar. Gülmənin kişisi- qadını necə olmursa, ağlamanın da olmaz.

Endorfin

Ağlamaq endorfin hormonun ifrazına səbəb olur. Endorfini "xoşbəxtlik hormonu" adlandırırlar. Məhz bu səbəbdən insanlar ağlayanda sakitləşir, özünü daha yaxşı hiss edirlər.

Endorfinin bir faydası da ağrıların azaltmasıdır. Bu səbəbdən baş, diş və s. ağrılar zamanı ağlayanda biz ağrıların azalmasını hiss edirik.

Duyğuları xaricə çıxarır

Psixoloqların hər zaman necə çalışdıqlarını düşünün. Sizi davamlı olaraq danışdırır -  dərdinizi, uşaqlığınızı, ağlınızda qalan fikirləri və sizi kədərləndirən şeyləri… çünki bu, həm həkimin sizi tanımasını təmin edir, həm də içinizdə toplanan problemləri birinə danışdığınızda rahatlamağınıza səbəb olur. Davamlı içə atılan dərdlər və basdırılan duyğular sonrakı səhifələrdə inanılmaz bir şəkildə partlayaraq sizi psixoloji pozuntulara qədər apara bilər. Ağlamaq, üzləşməkdən qaçmayıb gözlərinizin önünə gətirdiyiniz bir gerçəyi danışıb xilas olmaq kimidir. Ağlamaqdan qorxmayın.

Ruh sağlamlığı

Sosial və klinik psixologiya jurnalında 2008-ci ildə edilən bir çalışmada ağlayan insanların ruh sağlamlığının daha tez düzəldiyi bilindi. Xüsusilə, bir sevinc sonrası gələn ağlamanın ruh sağlamlığına pozitiv yöndə maksimum təsir etdiyi görüldü.

Sakitləşdirir

Ağlamaq bir sakitləşdirici dərman kimidir. Ən təbii və ən təsirlilərindən. Ümumillikdə insanlar ağladıqdan sonra adətən yatmaq istəyirlər. Çünki sakitləşdirici bədənə yayılmışdır və insan özünü halsız hiss edir. Bu da hər hansı bir şəkildə özünə və ya ətrafına zərər verəbiləcək olan birinin sakitləşməsini təmin edər.

Gözləri təmizləyər

Vücudunuzun bir çox toksini göz yaşlarınız ilə ata bildiyini bilirdinizmi? Ağlamaq həm vücudunuzdakı kimyəvi maddələrin xaricə çıxmasına köməkçi olur, həm də gözünüzü bakteriyalardan təmizləyər.

Beləliklə, ağlamaq istəyirsinizsə, heç kəsi vecinizə almayın və ağlayın!

Lakin!

Bəzi astma xəstələrində uzun müddətli ağlamaların ardından nəfəs darlığı kimi kritik nəticələr baş verir. Bu səbəbdən astma xəstələri və nəfəs problemi olanlar, lütfən uzun müddətli bir şəkildə ağlamasın və özünü təlqin edərək rahatlasın ki, sağlamlıqlarına zərər verəbiləcək şəkildə təsirlənməsinlər.

Xəzər universitetinin psixologiya fakültəsinin II kurs tələbəsi

Günay Babazadə

pcc.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri