Tankerlər Hörmüz boğazından keçməkdən imtina etdi
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın ABŞ və onun regiondakı müttəfiqlərinə aid hərbi obyektlərə hücumları bərpar etməsi fonunda azı dörd iri neft və qaz tankerinin heyəti Hörmüz boğazından keçməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Belə ki, Qətərin “QatarEnergy” enerji şirkətinə məxsus "Al-Qariya", "Duhail" və "Al-Ruways" tankerləri yük götürmək üçün Ras-Laffan ixrac terminalına doğru hərəkət edirdi. Lakin marşrutun yarısında ekipajlar istiqaməti dəyişmək və təhlükəli akvatoriyanı tərk etmək qərarına gəliblər.
“Lila Vadina” super-tankeri isə, öz növbəsində Oman sahillərində geri çevrilib. Hindistan bayrağı altında hərəkət edən gəmiyə 2 milyon barrelə yaxın küveyt nefti yüklənmişdi.
Məlumata görə, Qətər və Səudiyyə Ərəbistanı şirkətlərinə məxsus tankerlərə hücumlardan sonra gəmi sahiblərinin narahatlığı daha da artıb. Tankerlərdən biri mayeləşdirilmiş təbii qaz (LNG), digəri isə xam neft daşıyırdı. Bu səbəbdən tranzit gəmiləri üçün təhlükə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyi bildirilir. (Trend.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 İyul 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















