Icma.az
close
up
RU
Şairlər günündə dünyadan köçüb, Tanrı dərgahına ucladı Əşrəf!

Şairlər günündə dünyadan köçüb, Tanrı dərgahına ucladı Əşrəf!

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölüm həyatın sonu deyil.  Bəzi insanlar ölür, bəziləri isə  dünyasını dəyişir. Yerdəki doğmalarının yanından, göy kəhkəşanındakı doğmaların yanına uçurlar.  Cismləri yerdə torpağa çevrilir ki, vətənin torpağı bir az da çoxalsın. Belə insanların  ruhları isə bilgələr, ulular, pirilər yanında olur. Əşrəf Veysəlli Tanrıya salam apara bilən şair idi.

Türk dünyasının və könlümüzün böyük şairi, ustadımız, şəhərimizin ağsaqqalı Əşrəf Veysəlli ilə  bir neçə saatlıq söhbətim  23-cü ilin qışında olmuşdu.  Ömrünün 85 yaşına yazı yazmaq istəyirdim. Söhbətimiz də çox maraqlı alınmışdı.

O vaxt ondan soruşmuşdum ki, darıxırsınızmı? Belə cavab vermişdi:

Aida, mənim bu şəhərdə tanıdıqlarımın əksəriyyəti torpağın altındadır. Onlar üçün darıxıram. Onlar mənim doğmalarım, dostlarım idilər:

“Ağır günlər yağır edib çiynimi,

Yaxınlarım, doğmalarım bəs hanı?
Necə tapım Səyavuşu, Feyzini,

Hardan alım Ağəddini, Kamranı?”.

İyunun 5-i  günüün günorta vaxtı Əşrəf müəllimin dünyasını dəyişdiyi xəbərini eşitdik. Xəbər ildırım kimi  məni də vurdu.   İki əsrin böyük şairi Əşrəf Veysəlli şairlər günündə  dünyasını dəyişmişdi:

Şairlər günündə dünyadan köçüb,

Tanrı dərgahına ucladı Əşrəf!

Əşrəf müəllim ürəyimizin istisi idi. Ərk edə biləcəyimiz, mehr-məhəbbət gördüyümüz bilgəmiz, böyüyümüz idi.  Onunla müsahibəmin  adını “Bizim dünyamızın ƏŞRƏFİ...” adlandırmışdım.

Əşrəf müəllim ləyaqətli, mərifətli, ədəbli türk KİŞİSİ idi.  Sumqayıtdakı Əli Kərim adına Poeziya evində şairlə son görüşə gələnlərin izdihamı da onun  nə qədər böyük hörmətə-izzətə sahib olduğunu göstərdi. Rəhmətlik atam deyərdi ki, (Əşrəf müəllimlə dost idilər) Tanrı insana ölümün də şərəflisini qismət eləsin.

Əşrəf müəllimin Şərəf ordeni olmasa da, ömrünü şərəflə, kişi kimi yaşadı. Oğlu Şahin atasını son mənzilə yola salanda etdiyi çıxışında dediyi kimi: “Atam kişi kimi yaşadı, kişi kimi öldü”.

Bu insan selini və  izdihamını görəndə Əşrəf müəllimin  məqamına həsəd apardım. Cənazəni xalq alqışlarla yola saldı. Sağlığında da belə idi: harada şerini oxusaydı, ona ünvanlanan  alqışlar bitmirdi.

 Bu dunyanın bəxtli və şanslı insanı idi Əşrəf kişi. Tanrı söz süfərsində ona ən gözəl sözləri deməyi bəxş etdmişdi. Hər sətri, hər bəndi bal idi, şəkər idi, bulaq suyu kimi dumduru idi. Onun kədərini də adam öz kədri bilirdi, dərdini də, çəkdiyi Vətən həsrətini də...  Şerlərinin  birində  ürəyini dərd muzeyi adlıandırmışdı:

Gün düşər,qarı əriməz,

Quzeydi mənim ürəyim.

Kaş bir az da bu dərdlərə

Dözəydi mənim ürəyim.

Yup-yumşaqdı ipək kimi,

Kövrəkdi kəpənək kimi.

Bir zamanlar çiçək kimi

Təzəydi mənim ürəyim.

Təbdən-təbə düşə-düşə,

Ağlamaqdır indi peşəm.

Dərddən sərgi düzəltmişəm,

Muzeydi mənim ürəyim.


Tanrı Əşrəf Veysəllini o qədər xoş görürdü ki, dualarıını eşidib, onunun ömrünü uztadı ki, doğma yurdu Füzulinin azad olmasını görsün.  Torpaqlarımız azad olandan sonra bülbül kimi cəhcəh vurdu. Yazdı ki...

Qisas qiyamətə qalmadı!— Şükür!

Hayıma hay verdi Şuşa qalası.

Zəfər bağlarının meyvələrindən

Nə gözəl pay verdi Şuşa qalası.

Şairlər Tanrıyla yoldaşlıq edə bilirlər. Ən gözəl yazılan duyğular və şerlər məgər Tanrı pıçıltısı deyil?! Belə olmasa  o yazdıqlarını haradan alarlar. Və deyəsən ömrünün sonuncu dayanacağında olduğunu hiss etdmişdi. Aprel ayında  fb səhifəsindən belə bir  şer oxudum:

Mən də ayrılaram Kürdən,Arazdan,

Ömrün zirvəsindən enib gedərəm.

Yerüstü qatardan düşüb bir azdan,

Yeraltı qatara minib gedərəm…

Yuya bilərəmmi günahlarımı,

Görən çoxmu çəkər bu səfər, bu yol.

Bir səs “ cırmaqlayar”qulaqlarımı:

“Qapılar bağlanır, ehtiyatlı ol”

Bu dunyadakı qapıları bağlansa da,  Tanrı dərgahında onun üçün açılan qapılardan girəndə sevindiyinə əminənm. O gülümsəyən gözləri bilirəm ki, işım-işım parıldyacaq.


Tanrı dərgahında, göylər kəhkəşanında yeni mənzilin qutlu olsun, məqamın mübarək olsun şair. Bundan sonra  cimin torpağa qarışdı ki, sünbüldə dən, laləlinin köksündə xal olsun.  Ruhun isə hər zaman sevdiklərinin  başına dolanacaq, Vətənin başına dolanacaq. Özün yazmışdın ki:

Qarış bu torpağa diril dən kimi,
Hörük sünbüllərə hörül dən kimi.
Dirilləm hər sözü dirildən kimi,
Yaxşı ki sən məni şair yaratdın!
Gül kimi bitiridin daşda bu ömrü,
Tapşırdın bir dəli eşqə bu ömrü,
Yaşaya bilməzdim başqa bir ömrü,
Yaxşı ki sən məni şair yaratdın!

Görüşmək ümidi ilə, Aida Eyvazlı Göytürk

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyun 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri