TAP kəmərinin ötürücülük qabiliyyəti artırılıb
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TAP boru kəməri cari il yanvarın 1-dən etibarən ildə əlavə 1,2 milyard kubmetr qaz nəql etmək gücünə malikdir.
Reyting.az xəbər verir ki, bu barədə AZƏRTAC-a boru kəmərinin operatoru olan TAP AG şirkətindən bildiriblər.
Məlumata görə, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəmərinin genişləndirilməsi layihəsinin bir hissəsi olaraq ilkin mərhələdə Türkiyə ilə Yunanıstan sərhədi yaxınlığındakı Aleksandrupoli ərazisində yerləşən Kipoi Kompressor Stansiyasında işlər uğurla başa çatdırılıb. 2024-cü ilin yanvar ayında başlayan genişləndirmə işləri vaxtından əvvəl - büdcə üzrə, təhlükəsiz və davam edən qaz axınlarına heç bir fasilə vermədən başa çatdırılıb. Bu da güclü planlaşdırmanı və əməliyyat dayanıqlığını əks etdirir. İşlər yeni kompressor qurğusunun (təxminən 15 MVt) quraşdırılması və Kipoi Kompressor Stansiyasındakı mövcud qurğuların təkmilləşdirilməsini əhatə edirdi.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-də TAP ilə kommersiya qaz nəqlinə başlanılıb və ötən 5 il ərzində boru kəməri ilə “köhnə qitəyə” 54 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.
Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya nəql edir. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















