Icma.az
close
up
RU
Vaşinqton görüşünün yaratdığı reallıq: Orta Dəhlizin ötürücülük qabiliyyəti artacaq

Vaşinqton görüşünün yaratdığı reallıq: Orta Dəhlizin ötürücülük qabiliyyəti artacaq

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ağ Ev Bakının milli maraqlara əsaslanan siyasi kursunu tam dəstəkləyir. Sülh prosesi Prezident Donald Trampın şəxsi nəzarətindədir. Vaşinqton razılaşmalarının reallığa çevrilməsi ABŞ Prezidenti üçün də prioritetdir.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Azərbaycan və Ermənistan arasında əldə olunan Vaşinqton razılaşmaları bölgədə cərəyan edən siyasi proseslərin axarını müəyyənləşdirməkdə davam edir. Sülh prosesi kimi tarixə düşən bu danışıqların əhəmiyyəti gün keçdikcə daha da artmaqdadır. Yaşanan proseslərdən də göründüyü kimi, Vaşinqton razılaşmalarının kağız üzərində qalmaması üçün arxa fonda tərəflər arasında intensiv dialoq və müzakirələr aparılır. Bu razılaşmalar həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi qələbədən sonra yaradılan yeni reallıqların, Azərbaycanın nüfuzunun və maraqlarının beynəlxalq ictimaiyyət tərəfindən tam və birmənalı şəkildə qəbul edildiyini göstərir.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Trampın "Siz böyük Lidersiniz" mesajı

Qeyd edək ki, Cənubi Qafqazda sülh prosesində maraqlı olmayan bəzi dairələrin Vaşinqton görüşünün əhəmiyyətini azaltmaq cəhdlərinin də şahidi oluruq. Lakin Prezident İlham Əliyevin ortaya qoyduğu mövqe, yürüdülən siyasət bu cəhdlərin heç bir nəticə verməyəcəyinə dəlalət edir. Bu məqamda ABŞ Prezidenti Donald Tampın azərbaycanlı həmkarına göndərdiyi xatirə fotosunun hansı siyasi məna kəsb etdiyini vurğulamaq yerinə düşər. Bu günlərdə Prezident İlham Əliyev Donald Trampın hədiyyəsi ilə əlaqədar sosial media hesablarında paylaşım edib. Xatirə fotosunda Donald Tramp Azərbaycan Prezidenti ilə bağlı "Siz böyük Lidersiniz!" sözlərini yazıb. Əslində bu ifadənin bölgəmizdə cərəyan edən hadisələr fonunda hansı anlam daşıdığı məlumdur. Ağ Ev Bakının milli maraqlara əsaslanan siyasi kursunu tam dəstəkləyir. Sülh prosesi Prezident Donald Trampın şəxsi nəzarətindədir. Vaşinqton razılaşmalarının reallığa çevrilməsi ABŞ Prezidenti üçün də prioritetdir.

Bölgəmiz üçün siyasi əhəmiyyəti

Elə sülh prosesinin tərəfləri olan Azərbaycan və Ermənistanda da siyasi gündəliyin əsas prioritetini məhz bu razılaşmalar təşkil edir desək, yanılmarıq. Bu günlərdə Bakıda Nazirlər Kabinetinin Prezident İlham Əliyevin Vaşinqton səfərinin yekunlarına həsr edilən xüsusi iclası keçirildi. Burada səsləndirilən fikirlər məlum səfərin siyasi və iqtisadi nəticələrinin Azərbaycan və ümumilikdə bölgəmiz üçün nə dərəcədə mühüm əhəmiyyət daşıdığını bir daha ortaya qoydu.

Baş nazir Əli Əsədovun sözlərinə görə, Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust Zəfəri Prezident İlham Əliyevin güclü liderliyinin, qətiyyətinin və prinsipiallığının məntiqi nəticəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın ölkə başçımızı qarşılaması və ona qarşı səmimi münasibəti İlham Əliyevin böyük siyasi lider kimi qəbul etməsinin nəticəsidir: "Trampın Azərbaycan xalqını qüdrətli xalq adlandırması, simvolik olaraq Ağ Evin açarını təqdim etməsi ikitərəfli münasibətlərin strateji mövqeyə yüksəldiyindən xəbər verir".

Vaşinqton görüşünün bölgəmiz üçün siyasi əhəmiyyəti və ilkin nəticələri artıq məlumdur. Azərbaycan və Ermənistan arasında faktiki sülh əldə edilib. İrəvan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə tanıyıb. Minsk Qrupunun buraxılması ilə bağlı ikitərəfli birgə müraciət qəbul olunub. Kommunikasiya əlaqələrinin açılması və Naxçıvana maneəsiz gediş-gəlişin təmini ilə bağlı razılıq əldə olunub.

Orta Dəhlizin ötürücülük qabiliyyəti artacaq

Bu tarixi səfərin iqtisadi nəticələrinin nələr ola biləcəyi daha çox maraq doğurur. Təbii ki, söhbət Zəngəzur dəhlizindən gedir. Baş nazirin müavini Şahin Mustafayevin sözlərinə görə, Cənubi Qafqazda avtomobil yolları açılandan sonra Körfəz ölkələri-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutu Körfəz ölkələrini Qara Dənizə bağlayan yeni marşrut olacaq. İqlim və relyefinə görə bu marşrut il boyu daimi fəaliyyət göstərəcək. Kommunikasiyaların açılması həm də Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdıracaq, xüsusən də Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da artıracaq. Zəngəzurdan keçəcək yolun açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük qabiliyyətini ildə 15 milyon ton artıracaq.

ABŞ-Azərbaycan iqtisadi əlaqələri

Dövlət başçısının ABŞ səfəri tək bölgədə sülhün təmini yox, həm də Vaşinqton-Bakı münasibətləri baxımından mühüm əhəmiyyətə malikdir. Burada da ikitərəfli siyasi və iqtisadi əlaqələrdə yeni səhifənin açıldığı xüsusi vurğulanır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Vaşinqtondakı tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb, bununla bağlı ilkin müzakirə aparılıb. Azərbaycan-ABŞ ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir. Bunu statistik rəqəmlər də sübut edir. 2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dən idxalın, 135 milyon dolları isə bu ölkəyə ixracın payına düşüb. Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini saxlayır. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 şirkət qeydiyyata alınıb.

İrəvandan müsbət siqnallar

Vaşinqton razılaşmalarının uğurla reallaşdırılması istiqamətində İrəvandan da müsbət siqnallar gəlməkdədir. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərlə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, sülh təkcə Ermənistan üçün yox, bütün Cənubi Qafqaz üçün əhəmiyyətlidir. XİN başçısı bildirib ki, sülh gündəliyinin həyata keçirilməsi diplomatik orqanlar da daxil olmaqla Ermənistan hökumətinin prioritet vəzifəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see268

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see239

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see206

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see201

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see186

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see174

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see170

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see162

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see153

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see139

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see138

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see138

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see133

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see133

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see130

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see129

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see128

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see128

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see126

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri