Tarif Şurasının qərarına əməl etmədi Xəta protokolu tərtib edildi
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun əsasında tibbi şirkət olan "Azəri Med" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, adıçəkilən şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi pərakəndə satış qiymətinin yuxarı həddini aşaraq satıb.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə uyğun olaraq (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) pozuntu müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 22 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















