Zeytun apteklərində Tarif Şurasının qərarlarına əməl edilmədiyi üzə çıxıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bu barədə Bakıvaxtı.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Zeytun apteklərinin Tarif Şurasının qərarına əməl etmədiyi müəyyən olunub
04 Aprel 2025 17:35
Zeytun apteklərində qiymət artımı
18 İyun 2025 15:35
“Qiyamət planı” üzə çıxıb
24 İyun 2025 12:54
Apteklərdə nöqsanlar üzə çıxıb
05 Avqust 2025 15:40
Evliliyin gizli zərəri üzə çıxıb..?
08 Aprel 2025 23:26

