Icma.az
close
up
RU
Tarix müəllimi döyüş tarixi yazdı

Tarix müəllimi döyüş tarixi yazdı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Müharibə Elgünlə bərabər, bizim də bütün arzularımızı yarıda qoydu. Gedəndən bəri bizə harada olduğunu demirdi. Narahat olmayın, yerim rahatdır, – söyləyirdi. Sən demə, odun-alovun tən ortasındaymış. Müharibənin son günü Elgün və bir neçə əsgər Şuşaya top mərmisi qaldırırmış. Bu zaman Xankəndi istiqamətindən hücum olub və atılan mərmi parçası onun ayağının arxa hissəsindəki şah damarına tuş gəlir. Qanaxmadan həyatını itirir. Dostları gəlmişdi, deyirdilər ki, həmin vaxt yaralıları çıxarmaq, şəhidləri aşağı düşürmək mümkün olmayıb. Yoxsa Elgünün yarası elə dərin deyilmiş”. Bu sözləri şəhid Elgün Quliyevin anası Qənirə xanım söyləyir.

44 günlük Vətən müharibəsində gənclərimiz döyüş meydanında vətənpərvərlik nümayiş etdirdilər. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Həmin gənclərdən biridir Elgün İslam oğlu Quliyev. 1992-ci il sentyabrın 17-də Şamaxı rayonu Göylər kəndində dünyaya göz açan Elgün 2009-cu ildə 11-ci sinfi bitirərək Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasına qəbul olur.

Bacısı Günel Manafova onun gülərüz, xoş sima, zarafatcıl və çox vətənpərvər olduğunu deyir: “Elgün hələ 2016-cı ildə Aprel döyüşləri vaxtı Müdafiə Nazirliyinə könüllü olaraq müraciət etmişdi. Həmin vaxtdan müharibəyə getdiyi müddətə kimi Bakıdakı restoranlardan birində işləyirdi. Sonra ölkədə karantin rejiminin başlaması ilə kəndə qayıtdı. Özü imtahanlara hazırlaşdı. Müəllimlərin İşə Qəbulu imtahanında 52 bal yığaraq Lerik rayonunun Sors kəndinə tarix müəllimi təyin olundu. İxtisası üzrə işləyəcəyini biləndə çox sevinmişdik. Amma qisməti şəhidlik imiş”.

Tarix və coğrafiya fakültəsinin dosenti Cavid Məmiyev tələbəsi olmuş Elgün Quliyev haqqında danışaraq, onun vətənpərvər, nümunəvi tələbə olduğunu bildirir. Elgün Quliyevin – “Tarix müəllimi olmadıq, tarix yazarıq” ifadəsi onun nə qədər Vətənə, torpağa bağlı olduğunu bir daha göstərdi. Cavid Məmiyev onu da qeyd edir ki, Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Hələ Qanlı 20 Yanvar gecəsində canlarını Vətənə fəda edən igid tələbələrimiz doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs şəhidlik zirvəsini fəth etdilər. Gənclərə vətənpərvərlik hissini aşılayan universitetimiz şəhidlərimizin əziz xatirəsini daima anır və onların ailələrini vaxtaşırı ziyarət edir, maddi-mənəvi problemləri ilə maraqlanır. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edəndə könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək, düşmənə qarşı qəhrəmancasına vuruşdular.

Elgün Füzuli, Xocalı, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da isə Şuşada şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabr ayının 12-də böyüyüb, boya-başa çatdığı Şamaxı rayonunun Dağ Göylər kəndinin kənd qəbiristanlığında dəfn olunub. Son nəfəsində “Mən zirvəyə ucalıram, digər yaralılara kömək edin”, – deyən, 3 bacının 1 qardaşı, tarix müəllimi kimi çalışa bilməsə də, könüllü olaraq qatıldığı cəbhədə qəhrəmanlığı ilə tarix yazan, müqəddəs “Qurani-Kərim” kitabını əzbər bilən, nəslinin yeganə davamçısı idi şəhidimiz.

Prezident İlham Əliyevin sərəncamları ilə Elgün Quliyev ölümündən sonra “Şuşanın azad olunması uğrunda”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Xalqımız şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Elgün kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Sentyabr 2025 00:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri