Tarix müəllimi ola bilməsə də, tarix yazdı: Şəhid anasının əzmi və uğuru VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
O, tarix müəllimi ola bilməsə də, tarix yazdı...
Şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva Vətən müharibəsi şəhidinin xatirəsini əziz tutaraq, könüllü şəkildə qatıldığı müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərib.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Şəhid anası uzun illər pedaqoji sahədə çalışıb və öz arzusu ilə imtahanlarda iştirak edib. Qənirə Quliyeva bildirib ki, imtahandan topladığı 48 bal onun üçün xüsusi əhəmiyyət kəsb edir:
"İmtahanımı Elgünə hədiyyə edirəm. Çalışıram ki, Elgünə layiq olum. Allahdan da arzu edirəm ki, bizi şəhidlərə layiq eləsin."
Qənirə Quliyeva qeyd edib ki, o, həm də gələcək nəslin vətənpərvər, nümunəvi şəxsiyyət kimi yetişməsi üçün əlindən gələni edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 30 İyun 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















