Tarix Muzeyinin əməkdaşlarının məruzələri Özbəkistanda nəşr edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 8 aprel, AZƏRTAC
Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə Daşkənddə hibrid formatda keçirilən “Muzeylər: ənənə, novasiya və renovasiya inteqrasiyasında” beynəlxalq elmi-praktik konfransın materiallarının çap olunduğu topluya Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məruzələri də daxil edilib.
Bu barədə AZƏRTAC-a Tarix Muzeyindən bildirilib. Topluda İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin “Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətində elm, təhsil və mədəniyyətin sintezi” və Numizmatika Fondunun baş mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın “İbn Sina dövrünün sikkələri orta əsrlərin ticarət münasibətlərinin və fəlsəfəsinin vacib faktlarıdır” mövzularında məruzələri yer alıb. Məruzələrdə müasir muzeyşünaslığın aktual problemləri və həlli yollarından bəhs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 08 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















