Icma.az
close
up
RU
Tarix unutqanlığı bağışlamır! ŞƏRH

Tarix unutqanlığı bağışlamır! ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımız tarixi keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş tarixi faktlar, özünün əsl qiymətini alır.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

" Böyük Ermənistan " yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.

Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik qərbə doğru irəliləyərək Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qırmışdır. Təkcə Yaycı kəndində 2500 insan qətlə yetirilmiş və onların cəsədləri Araz çayına atılmışdır. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir.

Dövri mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranik Gilançay və Əlincəçay vadisində çoxlu kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdür.

Ötən əsrdə ermənilər tərəfindən aparılan soyqırımı və deportasiya siyasəti nəticəsində Ermənistan türksüz bir əraziyə çevrilmiş, azərbaycanlılar ata-baba torpaqlarından qovularaq didərgin salınmışlar. XX əsrin sonlarında iri dövlətlər tərəfindən himayə edilən Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, Xocalı soyqırımını törətmiş, bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.
Bu hadisələrin əsl mahiyyətini açmaq ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu öndərimizin Azərbaycanlıların soyqırımı haqqında 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardığı soyqırımı siyasəti dərindən təhlil edilmiş və ona siyasi qiymət verilmişdir. Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcəkdir. Həmin fərmana uyğun olaraq hər il ölkəmizdə 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

Ümummilli liderimizin 2000-ci ildə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyilir: “Xalqımıza qarşı əsrlər boyu müntəzəm surətdə ağır cinayətlər törədilmiş, məkrli niyyətlər gerçəkləşdirilmişdir. Öz ağırlığına, miqyasına və nəticələrinə görə bunlar həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Bunu təmin etmək bizim hamımızın ümumi vəzifəmizdir.”

Tarixdən ibrət dərsi almayan ermənilərə ən layiqli cavabı, unuda bilməyəcəkləri dərsi 2020- ci ilin sentyabrından etibarən 44 gün ərzində “ mən nəyi, nə vaxt və necə edəcəyimi hər kəsdən yaxşı bilirəm” deyən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz “ dəmir yumruq “ əməliyyatı ilə verdi. Azərbaycan ordusu cənab Ali Baş Komandanın dediyi kimi, müharibə qanunlarına əməl etməklə, şərəfli müharibə aparmaqla mənfur düşmən üzərində döyüş meydanında parlaq qələbə qazandı və əsrlər boyu günahsız insanlarımızın və şəhidlərimizin intiqamını aldı.

Azərbaycan ordusunun 24 saatdan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində bu gün müqəddəs üçrəngli bayrağımız Xankəndidə dalğalanır. 7 Fevral 2024- cü il tarixdə ilk dəfə olaraq bütöv Azərbaycan olaraq növbədənkənar prezident seçkiləri keçirildi və Azərbaycan xalqı birmənalı şəkildə öz liderinə “hə” dedi. Biz əminik ki, yaxın zamanda Zəngəzur yolu açılacaq, Naxçıvandan quru yolu ilə Azərbaycanın digər rayonlarına gediş – gəliş bərpa olunacaq.

Elşad Cəfərov

YAP Culfa rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri