Icma.az
close
up
RU
Elmin 18 yaşında tarix yazdı... ŞƏRH

Elmin 18 yaşında tarix yazdı... ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elmin özünü tanıyanda Vətənini canından da də çox sevib. Məhz buna görə 44 günlük haqq savaşımızda son damla qanına qədər yağı düşmənlə döyüşdən qalmayıb. Ömrünün 18-ci ilində sinəsini torpağa sipər edərək şəhidlik zirvəsinə yüksəlib, adını tarixin yaddaşına yazıb. Beləcə, bu Vətən sevdalısı böyük bir xalqın qürur yerinə, iftixar mənbəyinə çevirməklə gələcək nəsillər də örnək olacaq bir həyat yolu keçib. Şəhidinə ehtiramın ifadəsi olaraq dövlət də öz igid oğlunu ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə, “Cəsur döyüşçü” medallarla təltif edib.

2002-ci il iyun ayının 24-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya göz açan Elmin Elməddin oğlu Bayramov vətənpərvərlik ruhunda böyüyüb, xalqa, dövlətçiliyə sədaqət, doğma Azərbaycanın hər qarışını özünə əziz bilmək onun əsas amalı olub. Milləti yaşatmaq, yurda dayaq durmaq istəyi ilə qəlbi döyünən Elmin orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, Qarabağın azadlığı naminə ordu sıralarında xidmət etməyi ən ləyaqətli iş sayıb. Və saf, təmiz, ürəyi yaxşı arzularla dolu, hələ həyatın sevincini dadmamış, bərkini-boşunu görməmiş yeniyetmə 2020-ci ilin ortalarında cəbhə bölgəsində əsgər paltarı geyinib Vətənin keşiyində durub. Xidmət zamanı fədakarlığı, mərdliyi ona hörmət qazandırıb. İntizamlı əsgər olaraq komandirlərinin tapşırıqlarını vaxtında, düzgün yerinə, yetirib, qatıldığı hərbi təlimlərdə həmişə fərqlənib. Hər ötən gün sanki Elminə bir sınaq olub, xarakteri daha da möhkəmlənib. Vətən torpağı üçün canını qurban verməyə hazır olan igid əsgər Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyib.

2020-ci il sentyabrın 27-də Elminin hələ məktəb illərində gözlədiyi məqam gəlib çatıb. ”Təki Vətən sağ olsun”- deyib yağıya qan qusdurmaq üçün döyüşə girib. Amansız müharibə meydanında misilsiz şücaəti əsgər yoldaşlarına da ruh verib. Müqəddəs üçrəngli qələbə bayrağımız azad olunmuş torpaqlarda dalğalananda Elminin erməni dığalarına nifrəti, qisas hissi birə-beş artıb. Necə deyərlər, ölümü öldürüb irəliləyən igid əsgər hər döyüşə girəndə məhv etdiyi düşmənin sayı bilinməyib. Həmçinin Elmin anında onunla çiyin-çiyinə vuruşan yoldaşlara da sipər olmağı bacarıb. Vətən məhəbbəti isə öz ürəyi sevdalı oğlunu neçə-neçə ağır ölüm-dirim savaşından zəfərlə, üzüağ çıxardıb.

Elmin Bayramov oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərə müqəddəs Şuşaya tezliklə zəfər bayrağı sancmaq inamı ilə qatılıb. Təəssüf ki, bu onun müharibə meydanında son savaşı olub. Düşmən gülləsi Elminin arzularla dolu ürəyinə dəyib. Vətən yolunda canından keçən Biləsuvar elinin qəhrəman oğlu milyonların ürəyində özünə əbədi məkan qurub.

Bəli, Elmin Bayramovun həyatı olduqca qısa oldu. O, Azərbaycan və dünyanın hər tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşında qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna çevrildi. İndi bütün xalq onunla fəxr edir. Qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə Elmin heç vaxt unudulmaz...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri