Icma.az
close
up
RU
Tarix yazılan saxta kağızda deyil, xalqın yaddaşında yaşayır

Tarix yazılan saxta kağızda deyil, xalqın yaddaşında yaşayır

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O bildirib ki, Qarabağ qədim dövrlərdən etibarən Qafqaz Albaniyasının siyasi və mədəni məkanının mühüm hissələrindən biri olub:

"Kür və Araz çayları arasında yerləşən ərazilər Albaniyanın dövlətçilik tarixində xüsusi yer tutub. Bu coğrafiyada dövlətçilik ənənələri formalaşıb, xristianlıq yayılıb, Alban kilsəsi və zəngin dini-mədəni irs meydana gəlib.

Qafqaz Albaniyasının mürəkkəb geosiyasi şəraitdə uzun müddət mövcudluğunu qoruması da təsadüfi deyildi. Alban hökmdarı Cavanşirin fəaliyyəti bunun ən parlaq nümunələrindən biridir. O, regionun iki böyük gücü – Sasani imperiyası və Ərəb xilafəti arasında gedən mübarizədə çevik diplomatik siyasət yürüdərək Albaniyanın maraqlarını qorumağa çalışırdı. Cavanşir öz siyasi mövqeyini Ermənistanın deyil, məhz Albaniyanın dövlət maraqları üzərində qurmuşdu. Bu fakt belə göstərir ki, həmin dövrdə Albaniya ayrıca siyasi subyekt kimi çıxış edirdi.

VIII əsrin əvvəllərində Ərəb xilafətinin bölgəyə hakim olması ilə Albaniya müstəqil dövlət kimi mövcudluğunu itirsə də, Alban dövlətçilik və dini-mədəni ənənəsi tamamilə yox olmadı. Sonrakı əsrlərdə Qarabağ ərazisində Alban knyazlıqları və feodal siyasi qurumları bu ənənənin davamını yaşatdı. IX-XIII əsrlər isə alban dövlətçilik və mədəni irsinin yeni dirçəliş mərhələsi kimi xarakterizə olunur. Həsən Cəlal Dövlənin adı ilə bağlı Gəncəsər monastırı bu irsin ən mühüm simvollarından biridir".

K.Bayramov əlavə edib ki, bu gün Qarabağdakı qədim xristian abidələri ilə bağlı əsas mübahisələrdən biri də onların tarixi mənsubiyyətidir: 

"Burada bir mühüm məqamı xüsusi vurğulamaq lazımdır: sonrakı əsrlərdə abidəyə edilən müdaxilə onun ilkin tarixini dəyişmir. Bir məbədin divarına sonradan başqa dildə yazı əlavə edilməsi həmin tikilinin əvvəlki tarixini avtomatik olaraq dəyişdirmir. Tarixi müəyyən edən yalnız daş üzərindəki sonrakı yazı deyil; memarlıq üslubu, arxeoloji qat, kitabələr, qədim mənbələr və digər elmi dəlillər bütöv şəkildə araşdırılmalıdır.

Alban kilsəsinin tarixi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Kiş məbədi, Gəncəsər, Xudavəng və Ağoğlan kimi dini abidələr Azərbaycanın qədim xristian irsinin mühüm nümunələridir. Alban Katolikosluğunun uzun əsrlər ərzində mövcud olması, dini mərkəzlərin fəaliyyət göstərməsi və katolikosların bu coğrafiyada dini idarəçiliyi həyata keçirməsi Alban xristian irsinin ayrıca tarixi ənənəyə malik olduğunu göstərir".

Onun sözlərinə görə, XIX əsrdə bölgənin Rusiya imperiyasının tərkibinə daxil edilməsindən sonra baş verən inzibati və dini dəyişikliklər isə Alban kilsəsinin taleyinə ciddi təsir göstərdi:

"1836-cı ildə Alban Katolikosluğunun ləğv edilməsi və onun erməni kilsə strukturlarına tabe etdirilməsi bu baxımdan dönüş nöqtələrindən biri oldu. Bundan sonra Alban dini irsinin kimliyinin dəyişdirilməsi və onun başqa dini-mədəni ənənəyə daxil edilməsi prosesi daha da gücləndi. Lakin tarix yalnız inzibati qərarlarla dəyişmir. Bir dövlətin fərmanı, bir kilsənin qərarı və ya sonradan yazılmış kitabə əsrlərlə əvvəl mövcud olmuş tarixi gerçəyi silə bilməz".

Deputat hesab edir ki, Azərbaycan üçün bu məsələnin əhəmiyyəti yalnız keçmişlə bağlı deyil:  "Qarabağda mövcud olan Alban irsi Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni yaddaşının mühüm hissəsidir. Bu irsin qorunması və dünyaya düzgün təqdim olunması həm elmi, həm də mənəvi məsuliyyətdir.

Əslində, tarixi saxtalaşdırmaq istəyənlərin ən böyük problemi elə tarixin özüdür. Çünki tarix yalnız bir mənbədən ibarət deyil. Torpaq danışır, daş danışır, memarlıq danışır, qədim kitabələr danışır, arxeoloji tapıntılar danışır. Bu səslərin hamısını susdurmaq mümkün deyil.
Heç bir saxta kitabə, dəyişdirilmiş yazı və sonradan yaradılmış narrativ əsrlərin yaddaşını tamamilə silə bilməz.

Bu gün əsas vəzifə tarixi emosional şüarlarla deyil, mötəbər mənbələr, arxeoloji faktlar və beynəlxalq elmi tədqiqatlarla dünyaya çatdırmaqdır. Çünki həqiqətin ən böyük gücü onun sübuta ehtiyac duymamasında deyil, sübutlarının zaman keçdikcə daha da çoxalmasındadır.

Qarabağın tarixinin  saxtalaşdırılmasına cəhdlər ola bilər, amma dəyişdirilə bilməz. Çünki tarix yazılan kağızdan əvvəl torpaqda, daşda və xalqın yaddaşında yaşayır".

Mürtəza 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2026 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri