Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Qarabağ: xronikanın poetikasında tarix və tale

Qarabağ: xronikanın poetikasında tarix və tale

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İlahə SƏFƏRZADƏ

Qarabağ mövzusu Azərbaycan ədəbiyyatının ən möhkəm bünövrələrindən biridir. Əsrlər boyu şeirimizin, poeziyamızın da mənbələrindən biri olan Qarabağ XX əsrin sonlarından etibarən həm də bir işğal reallığının və ədalət axtarışının simvoluna çevrildi. Bu mövzu müasir Azərbaycan ədəbiyyatında həm emosional, həm də ictimai-siyasi dərinliyi ilə seçilir. Müharibə illərinin ağır təəssüratları, məcburi köçkünlük, itirilmiş torpaqların həsrəti çağdaş ədəbi mətnlərin əsas motivləridir.

Bu kontekstdə şair Elçin İsgəndərzadənin "Qarabağ xronikası" poemasını milli yaddaşın sənədli-fəlsəfi nümunəsi kimi dəyərləndirmək mümkündür. Onun poeziyası zəngin obrazlar dünyası, dərin fəlsəfi qatlar və emosional rəng çalarları ilə seçilir. Gəncə çinarlarının dilini anlayır, Şuşanın dumanında səsini eşidir, Qarabağın yanğısını misralarında daşıyır. Onun şeirlərində hər bir daşın, torpağın, dumanın, sükutun öz sözü var.

"Qarabağ xronikası" müəllifin vətənə, xüsusilə də Qarabağ bölgəsinə olan dərin sevgisinin, milli kimlik və torpaq bağlılığının bədii ifadəsidir. Bu poema çağdaş Azərbaycan tarixinin, xalq yaddaşının və milli dirçəliş ruhunun yüksək mənəvi və estetik dəyərə malik bir xatirə salnaməsidir.

Əsər Qarabağ münaqişəsinin yaratdığı ağrıların fonunda xalqın iradəsi, təbiətin cazibəsi, torpağın müqəddəsliyi və milli varlığın sarsılmazlığı kimi motivləri özündə ehtiva edir. Şair bu poemada vətənin hər dağını, daşını, çayını insanın yaddaşına həkk edən canlı varlıq kimi gözlərimiz önündə canlandırır. Qartal, durna, dağ, dəniz, Ay və yağış kimi simvollar milli ruhun, əzmkarlığın və əbədiyyətin poetik rəmzinə çevrilir. Poemanın dil və üslub baxımından təbii, axıcı və obrazlı ifadələrlə zəngin olması, həm də xalq poetik yaddaşına söykənməsi oxucunu bir tərəfdən düşündürür, digər tərəfdən duyğulandırır. "Qarabağ xronikası"nın hər bir bəndi həm poetik tablo, həm də tarixi, mədəni və emosional yüklə dolu mənəvi sənəddir.

Bir qartal havalandı bir qayanın başından.

Qan sızır məmləkətin torpağından, daşından.

Bu məmləkət bizimdi, qışı, baharı bizim.

Yağan yağışı bizim, əsən rüzgarı bizim.

Dənizi mavi nəğmə, dağları şahanədi.

Hər gecə göy üzündə doğan Ay əfsanədi.

İlk misrası güclü vizual və simvolik obrazla başlayır. Qartal Türk dünyasında, xüsusilə də Azərbaycan poeziyasında mənəvi iradənin, azadlığın, qüdrətin və xalqın mübarizə ruhunun simvoludur. Qartalın "bir qayanın başından" havalanması həm də xalqın yenidən dirçəlişinə, azadlıq yolundakı ucalışına işarədir. Dağ zirvəsi bu yüksəlişi daha da əzəmətli edir. İkinci misrada vətənin fiziki məkanı şeirdə metaforik bir canlı varlıq kimi təqdim olunur. Bu torpaq şəhid qanı ilə suvarılmış müqəddəs məkandır. "Qan sızır" ifadəsi həm döyüşlərdə itkilərə, həm də bu torpağın keçdiyi faciəvi tarixə işarə edir. Səmimi və acı dolu bu misra poemaya həm kədərli, həm də qürurlu bir ahəng qatır. Bu misrada ifadə edilən duyğu dərin bir sevgi və bağlılıq, həm də kimsəyə güzəşt edilməyəcək bir haqqın bəyanıdır. Ay ümumtürk və şərq poeziyasında daim ilahi bir simvol olub. "Əfsanədi" deməklə müəllif onu həm romantikləşdirir, həm də zamanlar boyu davam edən mifik güc kimi təqdim edir. Ay həm də davamlılığı, hər gecə yenidən doğmağı ilə ümidin, sabitliyin rəmzidir.

Keçib gəldiyi ömür yoluna baxanda

qarışır adamın huşu -

budur Cıdır düzündən bir at ilxısı keçir,

atların nalları gümüşdən.

Adam dönüb on yaşında bir cocuq olur,

gözləri günəşlə, umudla dolur.

Şair poetik təxəyyül və dərin nostalji ilə zaman anlayışını və Qarabağın ruhunu vəhdətdə təqdim edir. Cıdır düzü milli yaddaşın, keçmişin və sarsılmaz kimliyin rəmzidir. "Keçib gəldiyi ömür yoluna baxanda qarışır adamın huşu" misrası ilə insanın yaddaşında baş verən zaman keçidi, daxili qarışıqlıq və keçmişlə bugün arasında qurulan emosional körpü ifadə olunur. Bu retrospektiv baxış bir insanın deyil, bütöv bir xalqın tarixlə olan münasibətidir.

"At ilxısı keçir, atların nalları gümüşdən" təsviri həm qəhrəmanlıq simvoludur, həm də Cıdır düzündəki tarixi və mifik anlamı canlandırır. "Adam qartalın uçuşunu izləyir və bir türlü baş açmır bu gərdişdən" yazarkən şair həyatın axarı, zamanın dönməzliyi və insanın ona qarşı acizliyini qarşılaşdırır.

Onun da bir atı var bu atların içində.

At arzudu, muraddı arzusunun, muradının,

ümidinin peşində yüyürür, yüyürür uşaq,

ümid çox yaxındı bu anda,

bu anda ölüm ondan çox uzaq...

Qartal uçur, uçur, uçur, adam dayanıb yolayrıcında

qartalın uçuşuna baxır...

Poetik təsvirlərlə zəngin olan bu parça dərin simvolik mənalarla yüklənmişdir. Şair burada uşağın əslində, xalqın arzularını, ümidi və gələcək inamını bir ata və qartala bağlayaraq həm realist, həm də metaforik bir tablo yaradır. "Onun da bir atı var bu atların içində" misrası Qarabağda atların çoxluğu və onların hər birinin bir insanın, xüsusilə də uşağın ruhuna bağlandığını göstərir. At idealın, çatmaq istənilən yüksək mənəvi məqsədin rəmzinə çevrilir. Arzu, murad və ümid üçlüyü bir uşaq obrazında cəmləşərək saf niyyətin, təmiz düşüncənin simvoluna çevrilir. Bu bənd bütövlükdə uşağın timsalında dirçələn vətəni, təzələnən umudu, unudulmayan arzunu və qorxmayan gələcəyi poetik şəkildə təqdim edir.

Lenin ordenli Məcid müəllimin oğlunu öldürdülər,

əsir düşdü qızı, gəlini, erməniyə qaldı evi,

eşiyi həyəti-bacası, iti-pişiyi...

Kişinin yanan ocağı söndü,

Məcid müəllim dəliyə döndü.

İndi dünyadan əlini üzmüş zavallı bir insandı,

gözləri qan çanağıdı, beyni dumandı,

Bu hissə "Qarabağ xronikası" poemasının simvolik ifadələrlə zəngin səhnələrindən biridir. Müəllif burada yalnız bir fərdin faciəsini deyil, bütöv bir xalqın yaşadığı dəhşəti, travmanı, itkiləri və iztirabları ümumiləşdirir. Məcid müəllimin timsalında biz millətin bir parçasının, sadə, əməksevər insanın başına gətirilənləri görürük.

"Lenin ordenli Məcid müəllimin oğlunu öldürdülər, əsir düşdü qızı, gəlini, erməniyə qaldı evi, eşiyi, həyəti-bacası, iti-pişiyi..." misraları sadəcə bir ailənin başına gələn faciəni təsvir etmir, eyni zamanda 1988-ci ildən sonra baş verən erməni işğalının və Qarabağ müharibəsinin törətdiyi dağıntıların dramatik tablosudur. Müəllif simvolik olaraq "Lenin ordenli" ifadəsini işlədərək bir paradoks yaradır: sovet hökumətinə sadiq olan, mükafatlandırılmış bir vətəndaşın bu dövlətin dağılmasından sonra taleyin mərhəmətsizliyinə buraxılması, yəni keçmişin bütün dəyərlərinin birdən-birə mənasızlaşması da diqqət çəkir. Burada tarixi ironiyaya da işarə var. Bir vaxtlar fəxr edilən sovet vətəndaşının sonda "erməniyə qalan" evi, torpağı və ailəsi...

"İndi dünyadan əlini üzmüş zavallı bir insandı, gözləri qan çanağıdı, beyni dumandı" deyərkən isə müəllif artıq insanın fiziki varlıqdan çıxaraq mənəvi ölüyə çevrildiyini təsvir edir. Bu parçanın poetik gücü həm də onun sadəliyində və xalq dilinə yaxınlığındadır. Şair süni bəzəklərdən uzaq, xalqın dili ilə zəngin bir şəkildə təsvirini verir. Bu təsvirdə hər bir azərbaycanlı öz doğmalarını, kəndini, torpağını, itirdiklərini görə bilər. Bu parça həm fərdi, həm də milli bir faciənin bədii-publisistik təsviridir.

Bakı küçələri Lenin ordenli

Məcid müəllimin ruhuna dardı,

Bakı küçələri açıq bazardı...

Möcüzədi, bu günəcən bu dərdlə necə yaşayıb kişi,

necə olub mərmi kimi partlamayıb ürəyi.

Qarabağ torpağı dadır hər səhər bir tikə yavan çörəyi

boğazında əridilmiş qurğuşuna dönür

bissimillah deyib içdiyi su.

Və hər gecə bir işgəncə, - hər gecə qarışır yuxusu...

Əsərdə "Qarabağ torpağı" ifadəsi çoxqatlı mənaya malikdir. Bir tərəfdən, bu torpaq Məcid müəllimin ağrısının mənbəyidir. Digər tərəfdən, onun gündəlik həyatına daxil olan, hətta boğazından keçən çörəyə və suya hopan bir iztirabdır. Artıq gündüzlərin ağırlığı gecələrə də keçir. Yuxu, insanın rahatlıq tapmalı olduğu yer, bir işgəncəyə çevrilir.

Qarabağlı Məcid müəllim öz kölgəsinə sığınıb

yaşayır Bakı küçələrində. ...

Ay doğur sevdalanır Bakı gecələrində...

Hər gecə yuxusunda Şuşaya gedib gəlir bizim Nabat qarı.

Hər gecə yuxusuna girir qürbətə köçən durna qatarı.

"Şuşanın dağları başı dumanlı"...

Məhşur xalq mahnısından sitat gətirilən "Şuşanın dağları başı dumanlı" misrası həm xatirənin, həm də kollektiv hisslərin təcəssümüdür. Bu sətir oxucunun yaddaşında ani olaraq mahnını canlandırır, musiqili təəssürat yaradır və Şuşa həsrətini zirvəyə çıxarır. Dağların başının dumanlı olması isə həm təbii bir təsvir, həm də metaforik olaraq taleyin qeyri-müəyyənliyinin, həsrətin bitmədiyinin, yolların hələ də bağlı olduğunun göstəricisidir.

İndi bizim Qarabağda nə sülhdü, nə də savaş.

ATƏT-matət bilmirəm, məni Şuşaya apar qardaş ...

Kişinin qəbri çatlayır orda,

mənim də bir ayağım burdadı, bir ayağım gorda...

Sən Şuşaya gedə bilərsənmi, məni Şuşada dəfn edə bilərsənmi?

Burada insanın vətən həsrəti, ölümə yaxınlaşarkən duyduğu son arzu, ümidsizliyin fəryadı, eyni zamanda içdən gələn bir yalvarışla birləşir. Sözlər daha sərtləşir, sadələşir və bu sadəlikdə böyük bir qırılma, daxili fəryad yaranır, xalq dili ilə poetik dil iç-içə keçir. İnsan sadəcə istəyini deyir: "Məni Şuşaya apar". Bu arzu insanın öz torpağına, ruhunun mənbəyinə qayıdış diləyidir.

..."Qarabağ xronikası" poemasının mənəvi dirçəliş ruhunu, milli özünüdərk gücünü və sarsılmaz inamını ifadə edən bölmələrdən biridir. Əvvəlki hissələrdə ağrı, iztirab, həsrət aparıcı idisə, burada artıq həmin ağrının içində sıxılmış inam, ruh və müqavimət ruhu ön plana keçir. Misralarda həm dini, həm vətənpərvər konnotasiyalar, həm də poetik simvollarla dərin məna qatları yaradılır.

Elçin İsgəndərzadənin "Qarabağ xronikası" poemasında zamanın, yaddaşın və haqqın poetik qovşağı yaradılır. Bu əsər Qarabağ mövzusuna sentimental və ya romantik yanaşmadan fərqli olaraq onu həm tarixi, həm ictimai, həm də fəlsəfi planda dəyərləndirir. "Qarabağ xronikası" həm də xalqın yaşadığı dövrün poetik protokolunun təqdimidir. Poema oxucunu hadisələrin içində yaşamağa, o ağrını hiss etməyə və qələbənin nə qədər müqəddəs olduğuna inanmağa vadar edir. Ədəbiyyat tariximizin Qarabağ salnaməsinə yazılmış bu əsər, gələcək nəsillər üçün həm xatirə, həm də vətən dərsi kimi qiymətli töhfədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri