Icma.az
close
up
RU
Tarixçi: 1918 ci ildə törədilən hadisələrin obyektiv araşdırılması mühüm elmi və mənəvi vəzifədir

Tarixçi: 1918 ci ildə törədilən hadisələrin obyektiv araşdırılması mühüm elmi və mənəvi vəzifədir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 aprel, AZƏRTAC

1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində Azərbaycan xalqına qarşı başlayan soyqırımı qısa müddətdə geniş əraziyə yayılıb. Soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvanda davam etdirilib. Qeyd olunan ərazilərdə sistemli şəkildə qırğınlar törədilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “31 Mart 1918-ci il: Azərbaycanlılara qarşı soyqırımı siyasəti” mövzusunda məqaləsində bildirilib.

Məqalədə vurğulanıb ki, soyqırımından bir müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyası araşdırmalara başlayıb. Həmin dövrdə Cümhuriyyətin xarici işlər naziri Məmmədhəsən Hacınski hökumətə məruzə ilə müraciətində Azərbaycan ərazilərinin müxtəlif bölgələrində “bolşevik” adı altında erməni silahlı birləşmələrinin müsəlman əhalinin həyatına və əmlakına qarşı vəhşiliklər törətdiyini qeyd edib. 1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlıların həyatına və əmlakına qarşı törədilmiş cinayətin təfərrüatlarını tədqiq edib. Fövqəladə Təhqiqat Komissiyası 36 cild və 3500 vərəqdən ibarət olan material toplayıb. Sonra həmin soyqırımında iştirak etmiş cinayətkarların cəzalandırılması istiqamətində hökumət fəaliyyətə keçəndə Bakıda “Erməni Milli Şurası” və “Daşnaksütyun” partiyası müqavimət göstərməyə başlayıb. Toplanmış materiallar əsasında cinayət işi qaldırmaq üçün 128 məruzə və qərar layihəsi hazırlanıb, 194 nəfər təşkilatçı erməninin cinayət məsuliyyətinə cəlb olunması haqqında iddia irəli sürülüb: “Həmin dövrdə beynəlxalq təzyiqlər səbəbindən və Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması istiqamətində iş aparıldığından minlərlə insanın qətlinə təşkilatçı olmuş ermənilərin işinə xitam verilir. Həmin komissiyanın istintaq materiallarının əsasını Bakıda baş vermiş soyqırımı təşkil etsə də, sonra Qarabağ və Zəngəzurda ermənilərin törətdikləri cinayətlərin materialları əsasında işlər aparılır. Qeyd etmək lazımdır ki, Fövqəladə İstintaq Komissiyası işini başa çatdırmadı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu komissiyanın işi demək olar ki, dayandırıldı. Sovet hakimiyyətinin sonrakı siyasətində hadisələr ört-basdır edilir, insanlığa qarşı törədilmiş cinayət xırda toqquşmalar kimi qiymətləndirilirdi”.

Həmçinin bildirilib ki, ənənəvi ideologiyanın davamı olaraq XX əsrin əvvəllərində baş vermiş soyqırımı ilə əsrin sonunda törədilmiş soyqırımının oxşar və fərqli cəhətlərini müqayisə etmək yerinə düşər: “Sovet siyasi sistemi soyqırımı faktlarını gizlətməyə çalışıb, faktları ört-basdır edib, təşkilatçını mükafatlandırıb. Təbii ki, sovet dövründə həmin soyqırımlarına siyasi qiymət verilməsi mümkün deyildi. Yalnız Azərbaycan dövlət müstəqilliyini qəbul etdikdən bir neçə il sonra Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman verildi. Xüsusilə qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində və əsrin sonunda baş vermiş soyqırımlar bəşəri cinayət olmaqla, erməni faşizminin bariz göstəricisidir. Yekun olaraq, həmin soyqırımlar arasında müqayisə aparmaqla onu deyə bilərik ki, sonrakı soyqırımında təşkilatçı olan 366-cı alayın yüksəkrütbəli zabitlərindən olan Seyran Ohanyan Ermənistanın müdafiə naziri, Serj Sarkisyan və Robert Köçəryan Ermənistan prezidentləri kimi fəaliyyət göstərdilər. Bu müqayisələrdən aydın görünür ki, soyqırımı təşkilatçılarının himayə olunduğu böyük güclər həmişə cinayətkarları müdafiə ediblər. Onlar fiziki olaraq cəzasız qalsalar da, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibənin necə qələbə ilə başa çatmasının, həmçinin 2023-cü il sentyabrın 19-20-də 24 saat tamam olmadan bitən antiterror əməliyyatı zamanı Azərbaycan ərazisində separatizmə son qoyulmasının şahidi oldular. Bu böyük Qələbəni dünya azərbaycanlılarına bəxş edən Ulu Öndər Heydər Əliyev strategiyasının davamçısı olan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əzəmətli gücü oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrəti, xalq-hakimiyyət birliyi, şəhidlərimizin qanı hesabına, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycanın suverenliyi bərpa olundu”.

Məqalədə bildirilib ki, 1918-ci ildə törədilən hadisələrin obyektiv araşdırılması və beynəlxalq elmi ictimaiyyətə çatdırılması yalnız tarixi ədalətin bərpasına deyil, həm də gələcəkdə bu kimi faciələrin, soyqırımlarının qarşısının alınmasına xidmət edən mühüm elmi və mənəvi vəzifədir.

Müxbir – Göyçək Mahmudlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Aprel 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri