Icma.az
close
up
RU
Tarixçi açıqladı: 1918 ci il soyqırımı böyük planın tərkibi idi

Tarixçi açıqladı: 1918 ci il soyqırımı böyük planın tərkibi idi

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sübhan Talıblı: “Erməni kartı” ilə regionda qanlı ssenari həyata keçirilib

Bu həqiqətlər dünyaya daha sərt şəkildə çatdırılmalıdır

XX əsrin əvvəllərində Cənubi Qafqaz regionunda baş verən mürəkkəb geosiyasi proseslər, imperiyaların dağılması, yeni dövlətlərin formalaşması fonunda milli və etnik ziddiyyətlər daha da kəskinləşdi. Bu dövrdə böyük dövlətlərin regional maraqları ilə üst-üstə düşən siyasətlər nəticəsində müxtəlif xalqlar alətə çevrildi. Xüsusilə “erməni amili” bir sıra hallarda siyasi məqsədlər üçün istifadə olundu. Bu siyasətin acı nəticələrindən biri də 1918-ci ilin 31 mart-3 aprel hadisələri zamanı azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar oldu. 

Quba “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Sherg.az-ın suallarını cavablayıb:

-31 mart soyqırımına gətirib çıxaran siyasi və tarixi səbəblər nələr idi? 

-Böyük dövlətlər zaman-zaman Osmanlı imperiyası və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına qarşı “erməni kartı” və “erməni amili”ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən-dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan məhz “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə və s. həyata keçiriblər. 1918-ci ildə ermənilər və onları dəstəkləyən beynəlxalq qüclərin hərətərəfli dəstəyi ilə Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Tiflis, Naxçıxan, Zəngəzur, İrəvan, Salyan, Neftçala, Lənkəran, Göyçay, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə soyqırımı törədiblər.

-Soyqırım hadisələrinin beynəlxalq səviyyədə tanınması istiqamətində hansı addımlar atılıb?

-Xüsusilə qeyd etmək lazımdır ki, 1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı fəaliyyət göstərib. Əsas məqsəd erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. Bundan başqa Əlimərdan bəy Topşubaşov Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı materialları və fotoşəkilləri Paris Sülh Konfransına təqdim edib. Eləcə də dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-ini iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti ümummilli matəm günü kimi qeyd edib.  

Ümumiyyətlə, 1918-ci il azərbaycanlıların soyqımı ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası (FTK) sənədlərinə baxdıqda, A.Paşayevin də araşdırmalarına, xüsusilə də Ə.Xasməmmədov 1919-cu il iyunun 4-də ədliyyə nazirinə yazdığı digər məktubunda xəbər verirdi ki, müsəlmanlara qarşı törədilmiş cinayətlərin iştirakçılarını məsuliyyətə cəlb etmək məqsədilə təhqiqat materialları əsasında qərar layihələrinin hazırlanması işinə başlanılıb. Komissiya üzvləri cəmi 128 qərar layihəsi hazırlayıb. Onlardan Bakı şəhəri üzrə- 1, Şamaxı şəhəri və Şamaxı qəzası kəndləri üzrə- 23, Quba qəzası kəndləri üzrə- 23, Quba qəzası üzrə- 1, Cavad qəzası üzrə- 4, Göyçay qəzası üzrə- 18, Gəncə qəzası üzrə- 1, Nuxa qəzası üzrə- 1, Ərəş qəzası üzrə- 2, Cavanşir qəzası üzrə- 1, Şuşa qəzası üzrə- 11, Cəbrayıl qəzası üzrə- 10, Zəngəzur qəzası üzrə- 65 qərar layihəsi hazırlanıb. 1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü Ç.Klassovski komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda göstərir ki, komissiyanın topladığı materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Bakı şəhəri və ətrafında törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəqdir. Bu materiallar Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Zəngəzur qəzasının dağıdılmış kəndləri üzrə 2 cild 80 vərəq, Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəq və s. idi. Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslər barəsində cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanıb. Onlardan üçü Bakı, Şamaxı və Quba şəhərlərində, qalanlar isə müxtəlif qəzalara daxil olan kəndlərdə törədilmiş cinayətlərə aid idi. Bu qərarlarda 194 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılıb.

Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov Xarici işlər nazirinə yazırdı ki, “Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Şamaxı, Quba şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Lənkəran və Quba qəzalarında türk-müsəlman əhaliyə qarşı daşnak-bolşevik birləşmələrinin törətdiyi vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar kifayət qədərdir. Lənkəran qəzasında polkovnik Avetisovun silahlı quldur dəstələri, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə böyük dağıntı törədərək azərbaycanlı əhalini ucdantutma məhv edib. Astaranı bolşevik əsgərləri topa tutaraq xarabazarlığa çevrib, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur olub. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndlərini “Aleksandr Jandar” gəmisi top atəşinə tutub. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətlənir”.

Bundan başqa, 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının (FTK) 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmayıb və uzun müddət itirilmiş hesab edilib. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əli Mərdan bəy Topçubaşovun arxivindən aşkar edilib. Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri- əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olub.

1918-ci il mart soyqırmı ilə bağlı arxiv sənədləri, mənbə, elmi ədəbiyyat və dövri mətbuata nəzər saldıqda görürük ki, AXC-nin tərtib etdiyi 1919-cu ildə Versal sülh konfransı iştirakçılarına təqdim olunan “Qafqazın Azərbaycan Respublikası” adlı kitabda, Azərbaycan Respublikası Dövlət Arxivində, Azərbaycan Respublikası Prezindentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivində, Azərbaycan hökuməti Şamaxı qəza rəisinin dəftərxanası (Azərbaycan Respublikası Dövlət Arxivi), Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi (ARDA), Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi (ARDA), Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (ARDA), Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, DTX arxivi, Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arşivi, M.Ə.Rəsulzadənin “Qafqasiya türkləri” (Rəsulzadə, 1991) və “Çağdaş Azərbaycan tarixi” (Rəsulzadə, 1991) əsərlərində, AXC-nin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində 11), 2001-ci ildə Türkiyədə nəşr olunan “Azerbaycan belgelerinde ermeni sorunu (1918-1920)” adlı sənədlər toplusunda, əsas da 1918-ci il iyulun 15-də AXC Xarici İşlər Nazirliyinin təşəbbüsü və Nazirlər Şurasının qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərdə, eləcə də məlumatlar öz əksini tapıb.

31 mart azərbaycanlıların soyqrımı ilə bağlı Azərbaycan Respublikasında qəbul olunan sənədlərə baxdıqda isə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanı, (Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamının  ermənilərin cinayətkar və terror əməllərinin araşdırlması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olub. 2007-ci il aprelin 1-də Qubada aşkar olunmuş ermənilərin törətdiyi soyqırımı məzarlığı ilə bağlı 2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Kütləvi məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Bütün bu faktlardan aydın olur ki, məqsəd azərbaycanları soyqırıma məruz qoymaqla tarixi Azərbaycan torpaqlarında soyqrımı həyata keçiriməklə türk-müsəlmansız region yaratmaqdır. 

-Bəs sizcə görülən işlər kifayətdirmi?

-Həm yerli, həm də dünya ictimaiyyətinə azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin məqsədlərini durmadan anlatmalı və qəbul edilməsi üçün tədbirlər görməliyik. Erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, müstəqil Azərbaycan Respublikasının azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini təbliğ etməliyik. Azərbaycanlıların soyqırımı ilə bağlı tarix faktları həm Azərbaycan, həm də xarici dilli mənbəşünaslığa, tarixşünaslığa, arxiv materiallarına, elmi ədəbiyyata, dövrü mətbuata, fotolara istinad edərək yaymaq vacibdir. Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının materiallarını, eləcə də tarixi sənədlərdən çıxış edərək bu soqrımı bəşəriyyyətə qarşı cinayət faktı kimi əsaslandırmalıyıq. 

Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Tiflis, Naxçıxan, Zəngəzur, İrəvan, Salyan, Neftçala, Lənkəran, Göyçay, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırım haqqında tarixi həqiqətləri ətraflı şəkildə çatdırılması sön dərəcə mühüm və əhəmiyyətlidir. Xüsusilə də xarici KİV-lərdə, elmi jurnallarda həm aəzrbaycanlı, həm də xarici müəlliflərlə birgə məqalələr, kitablar yazmalıdır. Xaric ölkələrin institut, tədqiqat, araşdırma mərkəzlərində, QHT-lərində müştərək tədbir, senimar, konfranslar keçirilməlidir. Xarici ölkələrdə azərbaycanlıların soyqırmını araşdıran mütəxəssislərə, tədqiqatçılara dəstək verilmək, onları mövzu ilə əlaqəlli Azərbaycanda keçirilən konfranslara mütəmadi olaraq dəvət edilməsi məqsədəuyğun olardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Aprel 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri