Icma.az
close
up
RU
Tarixdə “axmaqların savaşı” kimi qalacaq : ölənlər doğulanlardan 3 dəfə çoxdur

Tarixdə “axmaqların savaşı” kimi qalacaq : ölənlər doğulanlardan 3 dəfə çoxdur

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2024-cü ildə Ukraynada rəsmi və təsdiq olunmuş məlumatlara görə 495096 insan ölüb, doğulan uşaqların sayı isə cəmi 176679 olub. Dəhşətli mənzərədir, ölüm sayı doğulan uşaq sayından 3 dəfəyə yaxın çoxdur. Dünyada ən fəlakətli demokrafik vəziyyət məhz Ukraynadadır”. 

Ölkə.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin 10 milyon nəfərə yaxını xaricdədir, 3 milyon ukraynalı ya Rusiyaya köçüb, ya da Rusiyanın işğal etdiyi ərazilərdə yaşayırlar:

“Təqribən 7 mln. ukraynalı isə AB ölkələri, Britaniya, ABŞ, Kanada və Türkiyəyə köçüblər. Köçənlərdən 4 mln. nəfərə yaxını artıq köçdükləri ölkəyə inteqrasiya olub, iş tapıblar, uşaqlara məktəbə gedib dil öyrəniblər. Sorğulara görə köçənlərdən cəmi 30 faizi nə vaxtsa Ukraynaya qayıdacaqlarını ehtimal edirlər. 

Mən ümid edir və çox arzulayıram ki, atəşkəs alınsa, qəhrəman Ukrayna xalqı, bundan istifadə edəcək, korrupsiyasız, ədalətli sistem quracaq, iqtisadiyyatını inkişaf etdirərək əzmlə “post-Putin” dönəminə hazırlaşacaq. Bunu çox istəyirəm, amma demoqrafik fəlakətin qarşısını almaq çox çətin olacaq. BMT-nin hesabatlarına görə 2050-ci ildə Ukrayna əhalisi 25 mln., 2100-cü ildə isə cəmi 15 mln. əhali yaşayacaq. Bu dövlət və təhlükəsizlik üçün böyük təhdid və çağırışdır. 
Amma vəziyyəti düzəltmək də olar. Dünya ölkələrində son müharibədən qaçanları da nəzərə alsaq, hardasa, 20 mln. çox ukraynalı yaşayır, Rusiyada isə 10 mln. nəfərə yaxın etnik ukraynalı var. 

Ukraynada ədalətli rifah dövləti qurulsa, onların, heç olmasa, 30-35 faizi geri dönsə, vəziyyəti düzəltmək olar. Ədalətli Rifah Dövləti təsis edilsə, bu Rusiyanı da içdən dağıdacaq, etnik ukraynalıların vətənlərinə köçünə, rusların isə öz hökumətlərinə, avroritar və yoxsul məmləkəti idarə edən “elitaya” qarşı etirazların artmasına səbəb ola bilər. 

Torpaq, ərazi təbii ki, çox vacibdir, amma insan daha vacibdir. Səbrlə, ağılla yanaşsalar, orta və uzun zamanlı oyun qura bilsələr, Ukrayna qalib çıxa bilər. Onsuz da bu müharibə tarixdə “axmaqların savaşı” kimi qalacaq, səngərdin bir tərəfində İvan Vasilyev, digər tərəfində dayanan Vasiliy İvanova atəş açır, bir-birini qırırılar. Kremlin ağılsız, düşüncəsiz, vəhşi ekspansiya, Qərbin isə insanlıq düşməni qızışdırıcı siyasəti nəticəsində indi, yəni bu günə, uduzan həm İvan Vasilyevdir, həm də Vasiliy İvanov, qazanan isə siyasi, hətta tarixi divident əl edən Avropa, maddi qazanc görən ABŞ, Rusiyanın təbii sərvətlərinə qəpik-quruşa alan Çindir”.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Mart 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri