Ölənlərin sayı yeni doğulanlardan 3 dəfə çoxdur Ukrayna demoqrafik fəlakət yaşayır
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Ukraynada demoqrafik vəziyyət müstəqillik illərinin əvvəlindən də çətin idi, lakin Covid və müharibə mənfi tendensiyanın daha da güclənməsinə səbəb oldu.
“AzPolitika” xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Ukrayna Demoqrafiya İnstitutunun aparıcı elmi işçisi Svetlana Aksyonova deyib. Mütəxəssis qeyd edib ki, ölkədə demoqrafik vəziyyət fəlakətli hal alıb. Belə ki, artıq 2024-cü ildə Ukraynada ölənlərin sayı yeni doğulanların sayını 3 dəfə üstələyib.
Onun dediyi kimi, Ukraynanın müstəqilliyi dövründə demoqrafik problemlər onu daim müşayiət edib və hələ 1991-ci ildən ölümün doğumu üstələməsi müşahidə olunub: “Lakin 90-cı illərin əvvəllərində bu nisbət cüzi idisə, artıq 2000 və 2001-ci illərdə ölənlərin sayı doğulanların sayını 2 dəfə üstələyib”.
Eyni zamanda, o qeyd edib ki, Rusiyanın işğalçılıq müharibəsi doğum sayını azaldıb, ölümləri isə artırıb. Həmçinin, Aksyonova hesab edir ki, bu statistika aparılarkən, müharibədə itkin düşənlər nəzərə alınmayıb. Onlar da hesablansa, ölənlərin yeni doğulanlara nisbəti daha da artar.
Mütəxəssis deyib ki, müharibənin başa çatması ilə uşaq sahibi olmağı təxirə salan ailələrin arzularını reallaşdıracağına və göstəricilərin artacağına ümid var. Ancaq çox şey Ukrayna iqtisadiyyatının necə bərpa olunacağından və xaricdən nə qədər ukraynalının qayıtmasından asılı olacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 14 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















